Fevralın 2-də Bakıdakı “Buta Palas” sarayında Azərbaycandan “Eurovision-2010”a iddialı olan 6 iştirakçı arasında yarımfinal yarışması keçiriləcək. İştirakçılara mahnını ifa etmək üçün cəmi 3 dəqiqə vaxt veriləcək. Modern.az xəbər verir ki, yarışmanın təşkilatçıları yarımfinalçıları ictimaiyyətə təqdim edib.

Azad Şabanov
3 Yanvar 1991-ci ildə Bakı şəhərində anadan olub. Orta musiqi təhsil alıb, müxtəlif müsabigələrdə qalib gəlib, “Yeni Ulduz-7” TV Şou-da ikincı yeri tutub.
Milk&Kisses qrupu
Dilarə 20 May 1984-cü il tarixində Bakı şəhərində anadan olub. Fəridə isə 3 sentyabr 1983-cü ildə Bakı şəhərində doğulub.
Onlar professional musiqi təhsili alıb, eyni zamanda “Unformal” rok-qrupun solistləridirlər. Həmin qrup “Eurovision” Azərbaycan – “Land of fire” Milli Seçim Finalında iştirak edib.

Məryam
2 İyun 1985-ci il tarixində Bakı şəhərində anadan olub. Orta musiqi təhsili var. 2003-ci ildə "Bakı Payızı" müsabigəsində iştirak edib.

Safura Əlizadə
20 Sentyabr 1992-ci il tarixində Bakıda anadan olub. Kaman və saksafon üzrə
orta musiqi təhsili var. Müxtəlif müsabigələrdə iştirak edib, “ Yeni Ulduz- 8” TV Şou-da birinci yeri tutub.

Elli
6 İyun 1987-ci il tarixində Bakıda anadan olub. Dörd yaşdan Almaniyada yaşayır. Müxtəlif müsabiqələrdə iştirak edib, Almaniyanın Popstar TV Şou-da final mərhələsinə çıxıb.

Ülviyyə Rəhimova
2 Avqust 1983-cü il tarixində Bakı şəhərində anadan olub. Dövlət İncəsənət Universitetini bitirib. Həmin illərdə “Bəri-Bax” qrupun tərkibində müxtəlif müsabigələr və festivalların iştirakçısı olub.