Modern.az

Bütün təhsil ocaqlarında 20 Yanvar faciəsi ilə bağlı tədbirlər keçiriləcək

Bütün təhsil ocaqlarında 20 Yanvar faciəsi ilə bağlı tədbirlər keçiriləcək

Ölkə

8 Yanvar 2010, 12:14

Təhsil naziri Misir Mərdanov Azərbaycandakı bütün təhsil müəssisələrində 20 Yanvar faciəsinin 20-ci ildönümünün qeyd edilməsi barədə müvafiq əmr imzalayıb. Bu barədə Modern.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verirlib.
Nazirin əmrinə əsasən, 20 yanvar hadisəsinin ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı təsdiqlənib.
Tədbirlər planına müvafiq olaraq bütün təhsil müəssisələrində 11-20 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçirilməlidir.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?