Modern.az

Bu Milli Qəhrəmanı tanıyırsanmı?

Bu Milli Qəhrəmanı tanıyırsanmı?

Ölkə

8 Yanvar 2010, 12:31

Modern.az  “Bu milli qəhrəmanı tanıyırsanmı?” adlı təbliğatı çərçivəsində oxucularımıza Azərbaycanın bütün Milli Qəhrəmanlarını tanıtmağa çalışır. Düşünürük ki, buna böyük ehtiyac var...
Xatırladaq ki, Azərbaycanın 210 Milli Qəhrəmanı var, onlardan 19 nəfəri sağdır.
Beləliklə, bu Milli Qəhrəmanı tanıyırsanmı?

Bəylər Tapdıq oğlu Ağayevə 3 fevral 1969-cu il tarixində Qubadlı rayonunun Qarağaclı kəndində doğulub. O, hərbi xidmətini Sovet Ordusu sıralarında Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıdıb.
1990-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinə daxil olub. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq Milli Ordu sıralarına yazılıb. Onun yüksək döyüş  bacarığı ilk günlərdən diqqəti cəlb edib və buna görə Bəylər bölmə komandiri təyin edilib. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edib, qəhrəmanlıqlar göstərib. O, Səfiyan, Yuxarı və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində şəxsən düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv edib.
1992-ci il avqustun 6-da erməni quldurlarının növbəti hücumu nəticəsində Bəylər yoldaşları ilə mühasirəyə düşüb. Məğrur komandir üzünü yoldaşlarına tutub son olaraq bu sözləri söyləyib: “Biz vətən uğrunda ölümə gedirik, ola bilsin bu döyüş son döyüşümüz olsun”. Elə dərhal da döyüşçülərimiz hücuma keçiblər onlar erməni faşistlərinin xeyli hissəsini məhv etsələr də, özləri şəhid olublar. Bəylər Ağayev subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Qubadlının Qarağaclı kəndində dəfn edilib, bu kənd hazırda erməni işğalı altındadır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı