Modern.az

Deyəsən bu qış Bakıya qar yağmayacaq

Deyəsən bu qış Bakıya qar yağmayacaq

Ölkə

8 Yanvar 2010, 15:51

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın günlər üçün hava proqnozu verib. Departamentin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 8-dən 9-na keçən gecə və səhər hava şəraitinin buludlu olacağı, gündüz arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti 7-12 m/s, gündüz arabir 14 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 4-6, gündüz 9-12 dərəcə isti olacaq.
Yanvarın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyinin sürəti 9-14 m/s, arabir 18-23 m/s-dək, gündüz yarımadanın bəzi yerlərində 25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 4-6, gündüz 10-14 dərəcə isti təşkil edəcək.
Yanvarın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyinin sürəti 9-14 m/s olacaq, arabir 18-23 m/s-dək güclənəcək, axşam şimal-qərb küləyinin sürəti 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 5-7, gündüz 10-14 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara zonasında isə çiskinli olacağı ehtimalı var. Şərq küləyinin sürəti 3-8 m/s, gündüz cənub-qərb küləyinin sürəti 7-12 m/s olacaq, axşama doğru arabir 15-20 m/s-dək, dağlıq ərazilərdə isə 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.
Yanvarın 10-11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyinin sürəti 5-10 m/s, yanvarın 10-da ayrı-ayrı yerlərdə 15-20 m/s-dək, arabir 23-25 m/s-dək, bəzi dağlıq ərazilərdə isə 28 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib ki, yanvarın 9-10-da cənub-qərb küləyinin sürəti ayrı-ayrı yerlərdə 15-20 m/s olacaq, arabir 23-25 m/s-dək, bəzi dağlıq ərazilərdə 28 m/s-dək güclənəcəyi gözlənilir.  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı