Modern.az

Hadı Rəcəbli: "Ünvanlı sosial yardımların kəsilmə səbəbini ilk dəfə sizə açıqlayıram"

Hadı Rəcəbli: "Ünvanlı sosial yardımların kəsilmə səbəbini ilk dəfə sizə açıqlayıram"

Ölkə

8 Yanvar 2010, 16:55

Ötən ilin sonlarından ölkədə ünvanlı sosial yardımların verilməsində problemlər yaşanır və hələki məsələ həll olunmamış qalır.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az saytına məsələnin səbəblərindən danışıb. O, bildirib ki, sosial müdafiənin ünvanlılığı əslində sosial siyasətin mahiyyətidir: “Ünvansız sosial müdafiə səmərəsiz qalır. Odur ki, Azərbaycanda da bu məsələdə əsas məqsəd sosial müdafiədə ünvanlılığın təmin edilməsi olub”.
H.Rəcəblinin sözlərinə görə, ünvanlı sosial yardım sisteminə keçilən zaman hansı problemlər yarana bilər və bu, proqnozlaşdırılıb: “Bizdə də ilk dövrlərdə çoxlu narahatlıq doğuran məqamlar ortaya çıxdı. Sonradan arayışların verilməsi proseduru təkmilləşdi, əvvəllər 17 arayış tələb olunurdusa, bu say 5-ə endirildi. İndi zaman göstərir ki, kasıblığın ünvanlılığının müəyyənləşməsi meyarları düzgün deyil. O meyarlarla götürəndə daha çox adama ünvanlı sosial yardıma düşür, ancaq bizim maliyyə imkanlarımız burada nəzərə alınmır. Baxmayaraq ki, biz uşaqpulu deyilən məfhumdan ünvanlı sosial yardıma keçəndə, maliyyə vəsaitini iki dəfə artırdıq, ancaq bununla belə, bu gün ünvanlı sosial yardım almaq istəyənlərin sayı daha da çoxalıb.

Deputat ötən ilin son aylarından başlayaraq indiyədək ünvanlı sosial yardımlarən verilməməsinin əsl səbəbini də açıqlayıb: "Keçən il əslində nə baş verdi? Bunu ilk dəfə olaraq sizə açıqlayıram. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu məqsədlər üçün nəzərdə tutulan vəsait artıq ötən ilin oktyabr ayında qurtardı. Qeyd edim ki, ayrılan vəsait o zaman proqnozlar hesabına müəyyənləşdirilmişdi. Proqnozlar da belə idi ki, filan qədər ailə ünvanlı sosial yardım ala bilər. Lakin sosial işçilər gedib yerlərdə iş aparanda gördülər ki, həmin meyarlara düşən nəzərdə tutulandan 30 faiz çox adam var. Belə olan təqdirdə də ünvanlı sosial yardımların verilməsi dayandırıldı. Üç ay ünvanlı sosial yardım üçün vəsait olmadı. Düzdür, biz bunu müxtəlif cür yozmağa çalışdıq, ancaq əslində, mahiyyət yuxarıda qeyd etdiyim kimi idi. İndi bu il üçün nəzərdə tutulan vəsaitlərdən həmin məqsədlərə pul yönəldilməsi planlaşdırılır. Beləliklə, deməli, bu il də ünvanlı sosial yardımların verilməsində ola bilər ki, problemlər yaransın. Amma, hesab edirəm ki, ölkədə ünvanlı sosial yardım alanların miqyasının azalma tendensiyası getməlidir”-deyə millət vəkili qeyd edib.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı