Modern.az

Azərbaycana "donuz qripi"nə qarşı 82 min doza vaksin gətirildi

Azərbaycana "donuz qripi"nə qarşı 82 min doza vaksin gətirildi

Ölkə

8 Yanvar 2010, 18:29

Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov Modern.az-a bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana ayırdığı A(H1N1) virusu ("donuz qripi") əleyhinə vaksinlərin bir qədər əvvəl Azərbaycana gətirilib. Ş.Qurbanovun sözlərinə görə, vaksinlər öncə Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə göndəriləcək, sabah isə oradan  rayon Gigiyena və Epidemiologiya mərkəzlərinə paylanacaq.
Şair Qurbanov bildirib ki, ilkin mərhələdə Azərbaycana 82 min doza vaksin gətirilib. "Hazırda vaksinlər gömrük məntəqəsində qeydiyyatdan keçirilir. Sonra Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə göndəriləcək. Orada vaksinlər soyuducularda saxlanılacaq".
Ş.Qurbanov deyib ki, vaksinlər ilkin mərhələdə əvvəlcədən müəyyənləşdirilən əhali qrupuna-hamilə qadınlara, immuniteti zəif olan insanlara vurulacaq.
Ş.Qurbanov onu da qeyd edib ki, 8-10 gündən sonra vaksinlərin ikinci partuyası da gətiriləcək. Ümumilikdə Azərbaycana 172 min doza vaksin  gətiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?