Modern.az

Ötən ay 2 məktəbli, 5 qadın, 19 kişi intihar edib

Ötən ay 2 məktəbli, 5 qadın, 19 kişi intihar edib

Ölkə

11 Yanvar 2010, 11:34

Hər ötən ayda qeydə alınan intihar hadisələri barədə yekun statistikanı oxucuların diqqətinə çatdıran Modern.az-ın məlumatına görə, dekabrda özünəqəsd edənlər ən dəhşətli üsullara əl atıblar. 2009-cu ilin son ayında Azərbaycanda 26 intihar faktı qeydə alınıb.
Dekabrda öz həyatlarına qəsd edənlərin əksəriyyəti kişilər olub. Özünəqəsd yolunu tutanlardan ikisi məktəblidir. Astara rayonu Motlayatax kəndində yasayan 9-cu sinif sagirdi Sevman Rəhimzadə özünü öldürüb. İntiharın səbəbi açıqlanmasa da, ailənin kasıbçılıqdan əziyyət çəkdiyi bildirilib.  
İsmayıllı rayonu, Qalıncaq kənd sakini 17 yaşlı Tural Vəliyev isə özünü meşədə asıb. Meşəyə odun yığmağa gedən yeniyetmənin intiharının səbəbi açıqlanmayıb.

Dekabrda intihar edənlərin 5 nəfəri qadın olub. Abşeron rayonu, Qobu qəsəbəsində 51 yaşlı Rəhimə İsmayılova sirkə turşusu içərək öz həyatına qəsd edib.
Binəqədi rayonunda isə 79 yaşlı Dürrə Nəcəfova özünü yaşadığı mənzilin eyvanından atıb.
Göycayda iki usaq anası, 20 yaşlı Mətanət Əzizova bitki ziyanvericiləri üçün nəzərdə tutulan dərman içərək intihar edib. Hadisənin ailə-məişət münaqişəsi zəminində baş verdiyi bildirilib.
Qazax rayonunda 22 yaşlı orta məktəb müəlliməsi A.Bağırovanın özünəqəsdinin səbəbləri açıqlanmayıb.
Daha bir səbəbi bəlli olmayan intihar olayı Şəki rayonunun Baş Zəyzid kəndində baş verib. 18 yaşlı Nərmin Əhmədova özünü asıb.
Kişilərə gəldikdə, ilin və ayın son, eləcə də dəhşətli özünəqəsd hadisəsi Bakıda qeydə alınıb. Əslən Qazax rayonunun Das Salahlı kəndindən olan Rasim Əliyev üstündəki əl qumbarasını partladaraq intihar edib. Hadisənin səbəbləri araşdırılır. Onun bəzi adamlara borclu, eyni zamanda bəzi şəxslərin ona borcu olduğu bildirilir.
"Bakıelektrikşəbəkə”nin əməkdaşı, 42 yaşlı Ədalət Kazımov, 62 yaşlı Kürdəmir sakini Babaş Hadıyev, 47 yaşlı Göyçay sakini Bəxticamal Rəhimov, 21 yaşlı Zaqatala sakini Hacımurad Həsənov, Şəmkir sakinləri, 49 yaşlı Mehdi Abbasov və 24 yaşlı Elxan Nuriyev, 23 yaşlı Sumqayıt sakini Elman Quliyev özünü asıb.

Dekabrda özlərini asmaqla intihar edənlərdən biri institut direktoru olub. Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun direktoru, 72 yaşlı İnayət Qarayev yaşadığı mənzildə özünü müəmmalı səbəbdən asıb.
2009-cu ilin son ayında həyatına qəsd edənlər arasında bir nəfər kecmiş polis işçisi də olub. Təqauddə olan 42 yaşlı Ağamir Cavadov özünü bacanağının evində asıb. Əvəllər Cəlilabad rayon Polis Şöbəsində çalışan, üç usaq atası olan A.Cavadovun ortancıl oğlu ağır xəstəlikdən əziyyət çəkir. Övladının xəstəliyi ilə əlaqədar onun külli miqdarda borca düşdüyü bildirilib.

Dekabrda odlu silahla qeydə alınan daha bir intihar faktı Gəncədə baş verib. 50 yaşlı Elsad Nağıyev "Revolver" markalı tapançadan atəş açaraq özünü öldürüb. Ailə başçısının maddi problemlərdən bezərək bu addımı atdığı ehtimal olunur.
51 yaşlı Quba sakini Telman Məmmədov  kənd təsərrüfatında istifadə olunan kimyəvi maddə içərək intihar edib.
46 yaşlı Səki sakini Adil Məmmədov özünü Kiş çayına atıb.
Dekabrın 14-də itkin düşən, sonradan meyiti Samur-Abşeron kanalından tapılan Dəvəçi sakini Kamil Bədəlovun da intihar etdiyi dəqiqləşdirilib.
46 yaşlı Gəncə sakini isə öz həyatına bıçaqla son qoyub.

Dekabrda bir nəfər Qarabağ müharibəsi veteranı da intihar edib. Nizami rayonunda yasayan 49 yaşlı Füzuli Əliyev özünəqəsdi ülgüclə damarlarını doğramaqla həyata keçirib.
Saatlı rayonunda isə 33 yaşlı dörd uşaq atası Vətən Abbasov sirkə turşusu içərək intihar edib. Onun özünəqəsdinin səbəbi barədə məlumat verilməyib.  

Dekabrda qeydə alınan intiharların 3-ü Gəncə şəhərində baş verib. Abşeron, Kürdəmir, Səki və Şəmkir rayonlarnın hər birində iki intihar hadisəsi qeydə alınıb. Dörd intihar faktı Bakıda baş verib. Qalan intihar olayları müxtəlif şəhər və rayonlarda törədilib.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı