Modern.az

Bu milli qəhrəmanı tanıyırsanmı?

Bu milli qəhrəmanı tanıyırsanmı?

Ölkə

12 Yanvar 2010, 12:18

Modern.az  “Bu milli qəhrəmanı tanıyırsanmı?” adlı təbliğatı çərçivəsində oxucularımıza Azərbaycanın bütün Milli Qəhrəmanlarının ömür yolunu qısaca da olsa, tanıtmağa çalışır. Xatırladaq ki, Azərbaycanın 210 Milli Qəhrəmanı var, onlardan 19 nəfəri sağdır.
Beləliklə, bu Milli Qəhrəmanı tanıyırsanmı?

Faiq Alış oğlu Ağayev 1969-cu il iyunun 6-da Ağdam rayonunun Papravənd kəndində doğulub. Torpaqlarımıza erməni təcavüzü başlayanda Faiq bir çox həmyaşıdları kimi vətənin müdafiəsi üçün ayağa qalxıb. O, 1990-cı ilin sentyabr ayında Ağdam Rayon Polis İdarəsinin tərkibində yaranmış, polis alayına yazılıb. Sonra onun cəbhə həyatı başlayıb. F.ağayev az vaxtda çətin döyüşlərdən üzüağ çıxmağı bacarıb.
1991-ci il dekabrın 23-dən sonra Qarabağdakı Meşəli kəndinə hücum edən erməni silahlıları günahsız, silahsız sakinləri, o cümlədən körpələri, yaşlılar, qadınları vəhşicəsinə qətlə yetirirdilər. O zaman kəndin müdafiəsinə cəlb edilənlər arasında Fiq Ağayev də vardı. Döyüşçülərimiz yerli əhalini xilas etməyə çalışırdılar. Bi savaşda uçurulmuş evlərdən birini özünə istehkam seçən Faiq azğınlaşmış erməni quldurlarının diqqətini özünə cəlb etməklə onlarla qadını, uşağı xilas edir. O, son ana qədər mövqeyini tərk etməyərək, düşmənlə qəhrəmancasına döyüşüb. Xeyli dinc sakinin həyatını xilas edən cəsur döyüşçü  öz həyatını qurban verib. Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Ağayev Faiq Alış oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Qəhrəman Ağdam rayonunun Papravənd kəndində dəfn edilib. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?