Modern.az

Səhiyyə Nazirliyi "donuz qripi" vaksinlərini bölüşdürməyə başladı

Səhiyyə Nazirliyi "donuz qripi" vaksinlərini bölüşdürməyə başladı

Ölkə

12 Yanvar 2010, 17:52

Səhiyyə Nazirliyi yanvarın 12-dən etibarən "GlaxoSmithKlein" şirkəti tərəfindən istehsal edilmiş H1N1 pandemik qripə ("donuz qripi") qarşı inaktivləşdirilmiş vaksinlərin paylaşdırılmasına başlayıb. İlkin mərhələdə gətirilən vaksinlər əsasən risk qrupuna daxil olan vətəndaşlara könüllü olaraq vurulacaq.Bu barəsə Modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Ümumdünya Səhiyyə Təşkilatı hazırda, bu təcili təchizatın təqribən 200 milyon doza pandemik vaksin təşkil edəcəyini hesablayıb. 
Azərbaycan hökuməti səhiyyə işçilərini, güc strukturlarını və bir sıra risk qrupuna daxil olan vətəndaşları vaksinləri qəbul edəcək birinci qrup kimi nəzərə alır. Bu, onları yoluxmadan qorumaq və pandemik qripin hökm sürdüyü dövr ərzində səhiyyə sisteminin işləməyə və tibbi xidmət göstərməyə davam etmək iqtidarında olmasını təmin etmək məqsədi daşıyır. Hökumət, xroniki xəstəlikləri olan şəxslərin və hamilə qadınların da birinci növbədə vaksinlə təmin edilməsini nəzərdə tutur, çünki, H1N1 virusunun belə əhali qrupları arasında yayılma riskləri daha yüksəkdir.
Bu qunə qədər əldə edilən məlumata əsasən, vaksinin təhlükəsizlik göstəriciləri digər vaksinlərdə olduğu kimidir. Vaksinin təsadüfi kənar təsirlərinin meydana çıxa bilməsinə baxmayaraq, bu təsirlərin əksəriyyəti mülayim və müvəqqəti xarakterlidir. Digər tərəfdən, bir dəfə peyvəndlənmiş şəxslərin bütün dünyada bütün digər cəhətlərdən sağlam olan insanları öldürmək qabiliyyətini artıq göstərmiş olan bu qrip ştammına qarşı qorunması davam edəcək.
Dünya Səhiyyə Təşkilatı bir sıra ölkələr və vaksin istehsalçıları tərəfindən bağışlanmış pandemik vaksinlərin təcili paylaşdırılması işini koordinasiya etməkdədir.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı