Modern.az

"190" nömrəli telefon xidmətinə ən çox müraciət edənlər pensiyaçılardı

"190" nömrəli telefon xidmətinə ən çox müraciət edənlər pensiyaçılardı

Ölkə

14 Yanvar 2010, 10:58

 2009-cu il ərzində Dövlət Sosial Müdafiə Fondunun "190" nömrəli telefon məlumat xidmətinə ("Call-center") əhali tərəfindən daxil olan müraciətlər arasında pensiya məsələləri ilə bağlı məsələlər üstünlük təşkil edib. Dövlət Sosial Müdafiə Fondu  İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə edilən müraciətlərin 45,3 faizi bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 22,6 faizini məcburi dövlət sosial sığortasına, 10,2 faizini isə fərdi uçotun təşkilinə dair sorğular əhatə edib. Müraciətlərin 22,9 faizi digər məsələlərlə bağlı olub.

 Məlumatda bildirilib ki, ümumilikdə "190" nömrəli telefon məlumat xidmətinə il ərzində 29 min 325 müraciət daxil olub və bütün müraciətlər operativ şəkildə cavablandırılıb. Qeyri-iş günlərinə təsadüf edən zənglərə isə avtomatik olaraq robot tərəfindən standart formada cavablar verilib.

Aparılan araşdırmalara əsasən, canlı əlaqə zamanı telefon məlumat xidmətinə ünvanlanan suallar arasında əmək pensiyası hüququnun necə yaşdan yarandığı, güzəştli şərtlərlə kimlərin pensiyaya çıxmaq hüququnun olduğu, pensiya təyinatı üçün hansı sənədlərin tələb edildiyi, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər, sosial sığorta üzrə ödəmələrin növləri, sığortaedənlərin, eləcə də sığortaolunanların hüquq və vəzifələri kimi məsələlər üstünlük təşkil edib.

Qeyd edək ki, "190" nömrəli telefon məlumat xidmətinin yaradılmasında başlıca məqsəd ictimaiyyətlə mövcud olan əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya sistemi ilə bağlı istənilən suallarına dərhal aydınlıq gətirməkdir. Məlumat xidməti tərəfindən telefon vasitəsi ilə məcburi dövlət sosial sığortası, pensiya məsələləri, fərdi uçotun təşkilinə aid sualların operativ şəkildə cavablandırılması həyata keçirilir. Bu xidmət vətəndaşların Fondun orqanlarına gəlmədən operativ informasiya almalarına şərait yaradır. Тelefon məlumat xidmətindən istifadə qaydaları Fondun internet saytına (www.sspf.gov.az) yerləşdirilib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?