Modern.az

Təbiətə ziyan vuran idarələr 814500 manat cərimələnib

Təbiətə ziyan vuran idarələr 814500 manat cərimələnib

Ölkə

14 Yanvar 2010, 11:29

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2009-cu il ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 3075 akt və protokol tərtib edilib, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 869 icrası məcburi olan göstəriş verilib.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, qanun pozuntusuna yol verdikləri üçün  hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 885 iş üzrə 1546401,6 manat məbləğində cərimə tətbiq edilib, ondan 268039,66 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 706 iş üzrə 2211844,72 manat məbləğində iddia qaldırılıb, ondan 78143,69 manatın ödənilməsi təmin edilib. İdarə və müəssisələrə 3841 iş üzrə 814500,49 manat məbləğində ödəmə tətbiq edilib, ondan 543402,43 manatın ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 96 işdən 38-nə, məhkəmələrə göndərilmiş 149 işdən 101-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 559 işdən 79-na baxılaraq müvafiq tədbir görülüb. 4 obyektin fəaliyyəti dayandırılıb.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?