Modern.az

Bakıda Şaxta babalara görə dövlət qurumları arasında narazılıq olub

Bakıda Şaxta babalara görə dövlət qurumları arasında narazılıq olub

Ölkə

15 Yanvar 2010, 16:33

Yeni il bayramı günlərində Bakı şəhərində cəmi 10 lisenziya almış Şaxta baba fəaliyyət göstərib. Bu barədə Modern.az-a Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat katibi Əlabbas Bağırov məlumat verib.
Onun sözlərinə görə, bayram günlərində ictimai yerlərdə çoxlu Şaxta baba icazəsiz fəaliyyət göstərib: “Departamentin icazə verdiyi 10-a yaxın Şaxta baba dekabrın 25-dən yanvarın 13-dək fəaliyyət göstərdi. Hər bir Şaxta baba 60 manat rüsum ödədi. Əlbəttə, Bakı Yeni ili 10 Şaxta baba ilə qarşılamadı. Qanunsuz fəaliyyət göstərənlərin sayı da çox oldu. Bizim icazə vermədiyimiz Şaxta babalar yerli İcra hakimiyyətləri nümayəndələrinin himayəsi ilə fəaliyyət göstərdilər”.

Ə.Bağırov bildirib ki, Milli Park istisna olunmaqla, paytaxtın digər ərazilərində Şaxta baba kimi fəaliyyət göstərmək üçün Ticarət və Xidmət Departamentindən icazə alınmalıymış.

Bir sözlə, Şaxta babalar Ticarət və Xidmət Departamenti ilə yerli İcra hakimiyyətləri arasında narazılıq yaradıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?