Modern.az

Azərbaycanda 15-17 yaşda ana olanların sayı artıb

Azərbaycanda 15-17 yaşda ana olanların sayı artıb

Ölkə

17 Yanvar 2010, 10:56

Hər il Azərbaycanda doğulan uşaqların bir qismi 15-17 yaşlı analar tərəfindən dünyaya gətirilir. Həm rəsmi, həm də qeyri-rəsmi məlumatlardan da məlumdur ki, ölkəmizin bəzi regionlarında qızlar erkən yaşda, nikah yaşına (17 yaşa) çatmamış ərə verilir. Belədə 15 yaşından ərə verilən qızlar artıq 16-17 yaşları tamam olmamış uşaq dünyaya gətirirlər.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycanda il ərzində doğulan 3700-ə yaxın körpənin anasının 15-17 yaşı olur. Rəsmi məlumatda erkən yaşda ana olanların sayının ildən-ilə artdığı göztərilir. Məsələn, 15-17 yaşlı anaların doğduğu körpələrin sayı 2006-cı ildə 3124 olubsa, 2008-ci ildə bu rəqəm 3633-ə çatıb. Rəsmi statistikaya görə, erkən yaşda analar heç də təkcə kənd yerlərində yaşamırlar. Şəhər yerində də 15-17 yaşlı analar az deyil.
İl ərzində şəhər yerində 1300-ə yaxın, kənd yerində isə 2400-ə yaxın körpənin anası 15-17 yaşlı qızlardır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?