Rusiyanın sənədli film ustaları Rus imperiyasının İranda səfiri olmuş Aleksandr Qriboyedovun həyatına həsr olunmuş sənədli film çəkib. Modern.az-ın rus mətbuatına istinadən verdiyi məlumata əsasən, filmin müəllifi bir sıra siyasi detektivlərin yaradıcısı Sergey Medvedevdir. Müəllif yazıçı-diplomatın həyatını detektivə bənzədib. Müəllif “Ağıldan bəla” kimi bir əsərin müəllifinin nədən İranda bir qrup fanat tərəfindən qətlə yetirilməsinə aydınılq gətirmək istədiyini bildirirb. Medvedev Qriboyedovla bağlı əsil tarixi araşdırma apardıqlarını deyib. Filmdə Qriboyedovun ölümünə birbaşa yol açmış proseslərdən danışılır və varlı iranlıların erməni hərəmlərinin rolundan danışılır. Müəlliflərə görə, məhz hərəmxanlardakı erməni fahişələr Qriboyedovun ölümündə faciəvi rol oynayıblar.
Dekabristlərlə dostluq etmiş Qriboyedovun İrana göndərilməsi müəyyən mənada sürgün olsa da, ona müəyyən şanslar da verib. O, İranla “Tükmənçay” sülh sazişinin imzalanmasına nail ola bilib. Sazişin şərtləri Tehran üçün nə qədər ağır olsa da, Qriboyedov sazişə əməl olunmasında israr edib.
Qriboyedov özünü bir qədər qıcıqlandırıcı aparıb, özünü məğlub olmuş ölkədə qalib adlandırıb. O, özünü şüurlu olaraqmı belə aparıb? Və yaxud bu, onu ölümə aparmış səhvlərin davamı olub? Filmdə bu suallara cavab verilib.
Qeyd olunur ki, gürcü knyazının 15 yaşlı qızı Nina Çavçavadze ilə evlənən Qriboyedov tezliklə İrana yola düşür. Lakin diplomat risk edərək gənc, həm də hamilə olan xanımını İrana aparmaq istəməyərək onu sərhəd yaxınlığındakı rayonda saxlayır. Özü ilə isə xanımının qohumları olan gürcü gənclərini götürür. Gürcü gəncləri varlı iranlıların hərəmxanalarına basqın edərək erməni qızları ələ keçirməyə başlayıb. Onları rus səfirliyində gizlədiblər. Bu isə yerli əhali arasında qiyama səbəb olub və onlar səfirliyə hücum edərək bütün diplomatları doğrayıblar. Qriboyedovun cəsədi elə tanınmaz hala düşüb ki, onun 16 yaşlı dul qadını yazıçını nə vaxtsa dueldə aldığı yaradan tanıyıb.