Modern.az

“Naş moloçnik” yağının da zayı çıxdı

“Naş moloçnik” yağının da zayı çıxdı

Ölkə

21 Yanvar 2010, 12:41

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yağlardan götürülmüş nümunələrin laborator müayinəsi zamanı Ukraynanın “Starakonstantinovskiy moloçnıy zavod” müəssisəsinin istehsalı olan 200 qr-lıq kağıza qablaşdırılmış “Naş moloçnik” əmtəə nişanlı kərə yağının mikrobioloji göstəricilərinin normalara uyğun olmadığını müəyyən edib. Modern.az bu barədə nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir.

Bununla əlaqədar Dövlət Xidməti tərəfindən bu növ yağın satışının dayandırılması barədə idxalçı “Avrora” firmasına müvafiq göstəriş verilib və firmanın Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 17-ci Dağüstü küçəsi, 13 ünvanında yerləşən anbarında “Naş moloçnik” əmtəə nişanlı kərə yağından nümunə götürülərək laborator müayinəyə göndərilib.
Bu nümunənin laborator müayinəsi zamanı onun insan həyatı və sağlamlığı üçün təhlükəli olduğu müəyyən olunub. Belə ki, 200 qramlıq kağız qutulara qablaşdırılmış “Naş moloçnik” əmtəə nişanlı kərə yağının tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar aşkar olunub və ümumi mikrobların sayının normadan bir neçə dəfə çox olduğu müəyyən edilib.
Bununla əlaqədar olaraq, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Avrora” firmasının anbarında olan 696,6 kq yağın məhv edilməsi barədə qərar qəbul edilib və 200 qramlıq kağız qutulara qablaşdırılmış “Naş moloçnik” əmtəə nişanlı kərə yağının dövriyyədən çıxarılması üçün təcili tədbirlər görülməsi barədə firmaya göstəriş verilib.
Hazırda Dövlət Xidməti bakteriyalarla yoluxmuş kərə yağının məhv edilməsi, bu məhsulun dövriyyədən tamamilə çıxarılmasının təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Starakonstantinovskiy moloçnıy zavod” müəssisəsinin istehsalı olan 200 qramlıq kağız qutulara qablaşdırılmış “Naş moloçnik” əmtəə nişanlı kərə yağının insan həyatı və sağlamlığı üçün təhlükəli olduğunu bir daha istehlakçıların diqqətinə çatdırır və bu növ yağı almaqdan çəkinməyə çağırır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?