Modern.az

Azay Quliyev 607 ailənin işıq probleminin həllinə kömək edib

Azay Quliyev 607 ailənin işıq probleminin həllinə kömək edib

Ölkə

23 Yanvar 2010, 23:43

Modern.az xəbər verir ki, yanvarın 23-də  46 saylı Şirvan Seçki Dairəsindən seçilmiş deputat Azay Quliyev seçicilərlə görüşüb. Günün birinci yarısında millət vəkili seçki dairəsinə daxil olan Hacı Qəhrəmanlı qəsəbəsində olub. Hacı Qəhrəmanlı qəsəbəsinin İcra nümayəndəliyinin 2009-cu il üçün gördüyü işlərlə bağlı hesabat yığıncağında iştirak edən Azay Quliyev daha sonra seçicilərin problemləri ilə yaxından tanış olub. Günün ikinci yarısında isə deputat Şirvan şəhərinin 21-ci massiv ərazisində olub.

Şəhər sakinləri Şirvan bələdiyyəsi və «Azərenerji» ASC-nin yerli qurumlarının biganəliyindən şikayətləniblər. Onlar bildiriblər ki, 607 ailənin elektrik enerjisi ilə təchizatı 45 gündür dayandırılıb. Məsələ ilə əlaqədar A.Quliyev əlaqədar təşkilatlarla əlaqə saxlayaraq problemi həll etmək üçün tədbirlər görüb. Qısa zaman kəsiyində elektrik enerjisinin verilməsi bərpa olunub. Deputat A.Quliyev məsələnin köklü sürətdə həlli üçün səy göstərəcəyini bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?