Modern.az

Əhaliyə paylanmış özəlləşdirmə çeklərinin 80%-i silinib

Əhaliyə paylanmış özəlləşdirmə çeklərinin  80%-i silinib

Ölkə

25 Yanvar 2010, 17:20

Əmlak Məsələləri Dövlət Komitəsində 2009-cu ilin yekunlarına dair geniş kollegiya iclası keçirilib. 

Modern.az xəbər verir ki, iclasda çıxış edən komitə sədri Kərəm Həsənov bildirib ki, dövlət əmlakının səmərəli idarə edilməsi, onun qorunub saxlanılması və mühafizəsi, özəlləşdirmənin sürətləndirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, özəlləşdirilən müəssisələrdə investisiya qoyuluşlarına nəzarət edilməsi sahələrində zəruri işlər görülüb.

Toplantıda kollegiyada komitə tərəfindən görülən işlərin statistik göstəriciləri qeyd edilib. Bildirilib ki, 2009-cu ildə respublika üzrə 700-ə yaxın kiçik dövlət müəssisə və obyekti, 450-ə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.

Səhmdar cəmiyyətlərinin səhmlərinin özəlləşdirilməsi ilə bağlı 54 hərrac keçirilib. Bu hərraclarda müxtəlif regionlarda yerləşən, iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid 40-a yaxın səhmdar cəmiyyətinin səhmləri özəlləşdirilib. Ötən il investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 2009-cu il ərzində 80,5 mln. manat məbləğində investisiya qoyulub. Əvvəlki dövrlərdə investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmiş 7 dövlət müəssisəsi üzrə mülkiyyət hüququ 2009-cu ildə alıcılara keçib Ümumilikdə, 01.01.2010-cu il tarixinədək keçirilmiş investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilmiş 80 dövlət müəssisəsinə 480,5  mln. manat həcmində investisiya qoyulub, bu müəssisələrdə təqribən 13 minə yaxın iş yeri yaradılıb, investisiya şərtləri ilə yanaşı, dövlət büdcəsinə 32,5 mln. manat vəsait köçürülüb.

«Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na uyğun olaraq həyata keçirilmiş özəlləşdirmə nəticəsində 2009-cu ildə dövlət büdcəsinə ümumilikdə 59  mln. manata yaxın vəsaitin ödənilməsi təmin olunub.

01.01.2010-cu il tarixinə bütün özəlləşdirmə dövrü ərzində 25,3 milyon ədəd dövlət özəlləşdirmə çeki, yəni əhaliyə paylanmış özəlləşdirmə çeklərinin təqribən 80%-i silinib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?