Bakıya ilk qarın yağması və yolların buz bağlaması nəticəsində həm avtomobillərin, həm də piyadaların şəhərdə hərəkəti bir qədər çətinləşib. Şəhər sakinlərini narahat edən əsas problemlərdən biri sözsüz ki, piyadaların hərəkət etdiyi yolların və səkilərin vəziyyətidir. Bakıda qarın qağdığı ilk gündəcə 14 nəfər sürüşərək yıxılıb xəsarət alan olub. Bu, Bakı şəhər Təcili Tibbi Yardım Stansiyası baş həkiminin müavini Rauf Nağıyevin dünən günün sonunda verdiyi məluimatdır. Yaşlı insanlar yaxşı xatırlayırlar, 30-40 il öncə, yolların və səkilərin qar və buzdan təmizlənməsi az qala iməciliyiə çevirilirdi. Bütün idarə və təşkilatların işçiləri, tələbələr, vəzifəli şəxslər belə məcburən təmizlik işlərinə cəlb edilirdi. Amma indi bu müşahidə olunmur. Piyada yollarının buz bağlaması səbəbindən paytaxtın orta məktəblərində şagird davamiyyəti də zəifləyib. İki gündür bəzi valideynlər uşaqlarını məktəbə buraxmırlar ki, yolda yıxılıb xəsarət alarlar. Qeyd edək ki, şəhər yolları və səkilərinin təmzlənməsilə artıq birbaşa Bakı şəhər İcra Hakimiyyəti məşğul olmur. Bu işə həm də Nəqliyyat Nazirliyi məsuliyyət daşıyır.
Bakıda səkilərin təmizlənməsi üçün lazımi tədbirlər görülmür.
Həm Nəqliyyat Nazirliyi, həm də bakı şəhər İcra Hakimiyyətindən hesab edirlər ki, küçələrin qar və buzdan təmizlənməsinə şəhər sakinləri, digər idarə və müəssisələr də qoşulmalıdırlar. Bu qurumların məsul şəxsləri deyirlər ki, hər bir idarə və təşkilat heç olmasa öz yerləşdiyi ərazidə təmizlik işləri apara bilər.
Onu da qeyd etmək lazımdır ki, Bakı şəhərindəki bəzi yerlərdə pilləkənlərə döşənmiş daşların sürüşkən olması və onların məhəccərlərinon olmaması da piyadaların hərəkətini çətinləşdirir.
Belə pilləkənlərdə də sürüşüb yıxılan, nəticədə müxtəlif dərəcəli travma alanlar olur. Pilləkənlərə məhəccər vurulmasını arzulayan şəhər səkinlərinin bu istəyi yaxın illərdə həyata keçməyəcək. Qocalara və uşaqlara qarlı günlərdə məhəccərsiz pilləkənlərlə enib-qalxarkən sayıqlığı itirməmək məsləhət görürülür.
Bakıda «ağ problem» hələ bir neçə gün sürəcək. Yəqin bu gün də sürüşüb yıxılanlar olacaq və xəsarət alanların sayı bir xeyli artacaq.
Adəm Qorxmaz