Modern.az

Bakıda "donuz" qripinə qarşı 8536 nəfərə peyvənd vurulub

Bakıda "donuz" qripinə qarşı 8536 nəfərə peyvənd vurulub

Ölkə

27 Yanvar 2010, 11:16

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “GlaxoSmithKline Biologicals” şirkətinin istehsalı olan pandemik A (H1N1) qripinə (“donuz qripi”) qarşı “Arepanrix” vaksininin 172000 dozadan ibarət ilk partiyası bir müddət öncə respublikaya gətirilmişdi. Modern.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, daxil olmuş vaksin partiyasının 90 min doza olan birinci hissəsi Bakı, Sumqayıt, Şirvan şəhərlərinə, 15 rayon və digər dövlət qurumlarının tibb xidmətləri üçün paylanıb. Qalan 82 min doza respublikanın digər rayonları arasında bölüşdürülərək yerlərə çatdırılacaq. Bakı şəhərində immunlaşdırmanın aparılması üçün hər bir rayonda bir poliklinika təyin edilib. Bu günə kimi immunlaşdırma tədbiri zamanı Bakı şəhəri üzrə 8536 nəfərə peyvənd vurulub. Vaksinsiya aparılarkən heç bir ağırlaşma halları qeydə alınmayıb.Növbəti həftədən etibarən A (H1N1) virusuna qarşı vaksinlər ölkənin digər bölgələrinə də paylanılacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?