Modern.az

Mətbuat Şurası 2009-cu ilə dair hesabatını təqdim edib

Mətbuat Şurası 2009-cu ilə dair hesabatını təqdim edib

Ölkə

27 Yanvar 2010, 15:01

Mətbuat Şurası 2009-cu ildə gördüyü işlərə dair hesabatını təqdim edib. Bu məqsədlə Şurada mətbuat konfransı təşkil olunub.  Modern.az xəbər verir ki, qurumun sədri Əftatun Amaşov bildirib ki, 2009-cu ildə Mətbuat Şurasına ümumilikdə 489 müraciət daxil olub. Onlardan 176-ı ayrı-ayrı vətəndaşlardan, 167-i dövlət idarə, müəssisə və təşkilatlarından, 61-i özəl müəssisələrdən, 45-i ictimai qurumlardan, 29-u özünüidarəetmə orqanlarından, 11-i siyasi partiyalardandır. Daxil olan müraciətlərdən 267-i Şuranın Katibliyində həllini tapıb. 222 müraciət Şikayətlər üzrə Komissiyada araşdırılıb. 31 şikayətə isə İdarə Heyətində baxılaraq müvafiq qərarlar çıxarılıb.

 

Hesabatda qeyd olunub ki, ötən il İdarə Heyəti özünün 12 iclasında 65 kütləvi informasiya vasitəsinin fəaliyyətinin bu və ya digər aspektləri ilə bağlı ümumilikdə 31 qərar qəbul edib.

 

Ə.Amaşov bildirib ki, Mətbuat Şurasının başlıca missiyası quruma daxil olan şikayətlərin araşdırılmasından ibarət olduğundan hesabatın komissiyaların fəaliyyətinə dair bölümündə əsas diqqət Şikayətlər üzrə Komissiyaya yönəlib. Sənəddə komissiyaların iclaslarının, müzakirə edilən məsələlərin və çıxarılan rəylərin sayı göstərilib. Bildirilib ki, Şikayətlər üzrə Komissiya 19 iclasda ayrı-ayrı müraciətlər əsasında ümumilikdə ümumən 147  məsələni araşdırıb ki, onların əsasında 116 rəy çıxarılıb. Həmin rəylərin 27-ə dair məsələ Şuranın yekun qərarının motivini təşkil edib.  

İdarə Heyətinin 31 qərarından 27-i Şikayətlər üzrə Komissiyanın rəyi əsasında qəbul olunduğu halda digər 4 qərarın çıxarılmasında «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının təqdimatına əsaslanılıb. «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının il ərzində keçirdiyi iclasların sayı 8-dir. Həmin iclaslarda ümumilikdə 57 məsələ müzakirə olunub. Qurum 38 KİV-in fəaliyəti ilə bağlı ümumilikdə 4 rəy çıxarıb. Həmin rəylər qərar qəbulu üçün İdarə Heyətinə təqdim edilib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı