Modern.az

Hərbi hissədə qanlı olay: 6 əsgər güllələnib

Hərbi hissədə qanlı olay: 6 əsgər güllələnib

Ölkə

29 Yanvar 2010, 11:05

Modern.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, N saylı hərbi hissəsdə qanlı olay baş verib. Nazirliyin məlumatına görə, yanvarın 28-də saat 18.00 radələrində 2 əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, 2-si isə yaralanıb.
Daha sonra həmin əsgərlər özlərini güllələyərək öldürüblər. Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb, hazırda araşdırma aparılır. Olayın əsl səbəblərinin hələ məlum olmadığı qeyd edilir. Müdafiə Nazirliyinin mətbuat xidməti hadisə ilə bağlı əlavə məlumat veriləcəyini bildirib.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?