Modern.az

Fevralın 15-dək məzunlar üçün qızıl və gümüş medalların təsviri hazırlanacaq

Fevralın 15-dək məzunlar üçün qızıl və gümüş medalların təsviri hazırlanacaq

Ölkə

29 Yanvar 2010, 16:01

Təhsil naziri Misir Mərdanov ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydasına mnüvafiq olaraq əmr imzalayıb. Modern.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, nazirin əmri ilə Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Qayda"ların məktəb rəhbərləri, müəllimlər tərəfindən öyrənilməsini, "Qayda"ların məzmunu və mahiyyətinin şagirdlərə və valideynlərə çatdırılmasını təmin etsinlər.

Həmin qurumlar namizədlərin təltifinə dair materialların "Qayda"ların tələblərinə uyğun tərtib edilib, vaxtında Təhsil Nazirliyinə təqdim edilməsini həyata keçirməlidirlər.

2010-cu il üçün qızıl və gümüş medallara olan tələbat müəyyənləşdirilməli Təhsil Nazirliyinə sifariş verilməlidir. Təhsil Nazirliyinin müvafiq şöbələri 15 fevral  2010-cu il tarixə kimi qızıl və gümüş medalların təsvirini hazırlayıb təsdiqə təqdim edəcəklər. Daha sonra nazirliyin xüsusi şöbəsi 2010-cu il üçün qızıl və gümüş medalların zəruri miqdarını müəyyən edib buna müvafiq sifariş hazırlayacaq. Xatırladaq ki, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası Nazirlər Kabinetinin 14 yanvar

2010-cu il tarixli, 8 nömrəli qərarı ilə təsdiqlənib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?