2009-cu il ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Beynəlxalq əlaqələr sektoruna xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı çoxalıb. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə, ötən il 2008-ci illə müqayisədə bu qəbildən olan müraciətlər 17 faiz artıb.
2009-cu ildə DSMF-yə daxil olan 2266 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. Qeyd olunan dövr ərzində MDB ölkələrindən 1632 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.
Müraciətlərin sayına görə növbəti yerdə isə Тürkiyə Çümhuriyyəti gəlir, qardaş ölkədən Fonda 144 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Тürkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə konkret tədbirlərin görülməsi istiqamətindədir.
DSMF-yə daxil olan digər 490 müraciət isə ayrı-ayrı xarici ölkələrin payına düşür.