Modern.az

Bakıdakı şadlıq evlərində “mələk” axtarışı başlanır

Bakıdakı şadlıq evlərində “mələk” axtarışı başlanır

Ölkə

10 Sentyabr 2012, 12:27

Dövlət Komitəsi əyləncə məkanlarında uşaq istismarı ilə bağlı yoxlamalara hazırlaşır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Döblət Komitəsi şadlıq evlərində və əyləncə məkanlarında azyaşlı uşaqların istismarı ilə bağlı monitorinq çərçivəsində yaxın günlərdə ciddi araşdırmalara başlayacaq.  Bu barədə Modern.az-a Komitənin baş məsləhətçisi Azad Vəliyev bildirib. Onun sözlərinə görə, buna qədər konkret olaraq hər hansı bir şadlıq evi və ya əyləncə məkanı uşaq əməyindən istismarı faktına görə cəzalandırılmayıb.

“Yaxın günlərdə bu məsələ ilə bağlı ciddi işlərə başlanacaq. Uşaqların böyüklər üşün nəzərdə tutulmuş obyektlərdə işlədilməsi faktları Komitəni ciddi narahat edir. Komitə rəhbərliyi bu barədə artıq işlər aparır. Belə faktları araşdırmaq üçün böyük layihə hazırlanıb”-deyə Azad Vəliyev vurğulayıb. 
Yaxın günlərdə layihənin icra olunacağını deyən baş məsləhətçinin sözlərinə görə, hazırda məsələ ilə bağlı ciddi araşdırmalara aparılır.

 “Araşdırmaların nəticəsini yaxın günlərdə açıqlayacağıq. Bu ciddi məsələdir və problemə adi yanaşmaq olmaz.”-deyə A. Vəliyev qeyd edib.

Qeyd edək ki, şadlıq saraylarında və əyləncə məkanlarında  azyaşlı uşaqların istismar olunması faktları ciddi narazılıq doğurur. “Mələk” geyimində olan balaca uşaqlar toy zamanı gəlin və bəyin arxasından gələrək onları müşayiət edirlər. Bir sıra məlumatlara görə, sosial vəziyyəti ağır olan ailələrin uşaqları olan bu balacalar bütün gecəni toyda keçrimələrinə görə az miqdarda pul alırlar. Azərbaycan qanunvericiliynə görə, uşaqların istismarı və işlədilməsi qadağandır.  Bununla bağlı mediada dəfələrlə yazılar getsə də, məsələ həllini hələ də tapmayıb. 

Məltəm Talıbzadə
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı