Modern.az

Türkiyə Qəzetəçilər Federasiyasının baş ofisində Xocalıya aid sərgi keçiriləcək

Türkiyə Qəzetəçilər Federasiyasının baş ofisində Xocalıya aid sərgi keçiriləcək

Ölkə

5 Fevral 2010, 11:54

Parlament Jurnalistlər Birliyi ilə Türkiyə Qəzetəçilər Federasiyasının əldə etdiyi razılaşmaya əsasən fevralın 25-də Türkiyə Qəzetəçilər Federasiyasının Ankaradakı ofisində Xocalı soyqırımına aid fotosərgi keçiriləcək. Modern.az xəbər verir ki, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının sözlərinə görə, sərgidə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotolarla yanaşı filmlər də nümayiş etdiriləcək, kitablar və müxtəlif dərgilər paylanacaq: “Bundan başqa, ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində tərətdikləri soyqırımla bağlı da fotolar sərgidə yer alacaq”.

E.Eyvazlı onu da bilıdirib ki, eyni sərgi Türkiyənin turizm bölgəsi olan Alanyada da təşkil oluncaq: “Hesab edirik ki, belə  tədbirlərin xarici jurnalistlərin birbaşa iştirakı ilə keçirilməsi xalqımızın başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çıxarılmasında böyük rol oynayacaq. Birliyimiz konkret olaraq digər ölkələrin jurnalistləri ilə də bu məsələ barədə danışıqlar aparır. Yaxın aylarda Ukrayna, Belarus və Moldavada da belə tədbirlərin keçirilməsini planlaşdırırıq”.  

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?