Modern.az Prezident Administrasiyasının bu günlərdə yerli icra hakimiyyətlərinə göndərdiyi daxili sərəncamı əsasında şəhər, qəsəbə, kənd ərazi icra nümayəndəliklərinin rəhbərliyində olan orta ixtisas təhsilli şəxslərin işdən azad edildiyi barədə xəbər verimişdi.
Xəbəri rayon və şəhər İcra hakimiyyətindən də təsdiqləyiblər.
Saytımıza daxil olan yeni məlumata görə, bir neçə gün bundan əvvəl Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov iclas keçirərək 9 ərazi-inzibati nümayəndəsini işdən çıxarıb. Səbəb kimi də bunu göstərib ki, onların savadı orta məktəb savadıdır.
Bundan başqa, icra başçısının 39 icra nümayəndəliyinin mühasibini də işdən çıxardığı bildirilir.