Modern.az

Bakıda böyük enerji qəzası (yenilənib)

Bakıda böyük enerji qəzası (yenilənib)

Ölkə

9 Fevral 2010, 12:41

METRODA QATARLARIN HƏRƏKƏTİ YARIM SAATDAN ÇOX DAYANIB

Bu gün saat 11.30 radələrindən sonra Bakı şəhərinin əksər hissəsinə elektrik enerjisinin verilməsi dayanıb. İşıqların kəsilməsi idarə və müəssisələrin də fəaliyyətinə mənfi təsir göstərib. Modern.az xəbər verir ki, enerji qəzası zamanı hətta Bakı Metropolitenini qidalandıran elektrik enerjisi də kəsilib. Nəticədə qatarlar tunellərdə qalıb. Bu səbəbdən də Bakı Metropoliteninin rəhbərliyi enerji qəzası zamanında stansiyalara girişi dayandırmağa məcbir olub. Tunellərdə qalan sərnişinlər saytımıza bildiriblər ki, onlar qatarlardan düşüb relslərlə piyada stansiyalara doğru getməyə məcbur olublar. Sərnişinlərib polis və Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin köməyi ilə yeraltı nəqliyyatdan çıxarılıb. Enerji qəzası zamanı şəhərdə svetoforların işləməməsi üzündən Bkının əksər yollarında tıxaclar əmələ gəlib. Bakıelektrikşəbəkə" ASC bildirib ki, yüksəkvoltlu ötürücü xətlərdə problem yaranıb. Bakı Metropoliteni elektrik enerjisnin verilməsində yaranan problemlə bağlı "Azərenerji" ASC-ni günahlandırıb. "Azərenerji" ASC-nin mətbuat xidmətinin rəisi Yəhya Babanlı ANS-ə bildirib ki, problem operativ olaraq aradan qaldırılsa da, hadisənin nəyə görə baş verməsi məlum deyil.   "Bakı şəhərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə aradan qaldırılıb. Abşeron yüksəkgərginlikli xəttdə açılma baş verib. Tez bir zamanda "Azərenerji" rəhbərliyi tərəfindən xüsusi göstəriş verilib. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Məsələ araşdırılıb mütəmadi məlumat veriləcək, hazırda təchizatdakı problem aradan qaldırılır”. Qeyd edək ki, Mingəçevir Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bir neçə gün əvvəl qarın yağması ilə əlaqədar Mingəçevir DRES-də yaranmış problemin tam aradan qaldırılması üçün, yəni təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq Mingəçevir DRES-də 8 blok-dan 2-nin fəaliyyəti dayandırılıb. Qəza aradan qaldırıldıqdan sonra həmin bloklar yenidən fəaliyyətə başlayacaq.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?