Modern.az

Bakıda fotojurnalistika seminarı keçiriləcək

Bakıda fotojurnalistika seminarı keçiriləcək

Ölkə

5 Fevral 2010, 10:33

ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə martın 5-dən 9-dək Bakıda fotojurnalistika seminarı keçiriləcək.
Seminarda xəbər üçün mövzuların tapılması və araşdırılması, insanları maraqlandıran məlumatların yazılması, emosional və güclü təsir bağışlayan fotoşəkillərin çəkilməsi, mürəkkəb üslubda yüksək estetik zövqün nümayiş etdirilməsinə xüsusi diqqət yetiriləcək.
Seminar iştirakçıları ilə qəzet və jurnal, kitab və qalereyalara layiq işlərin hazırlanması istiqamətində iş aparılacaq.
Fotoqraflar Bakı və onun ətrafına dair mövzu tapmalı, araşdırmalı və seminar ərzində bitmiş və redaktə edilmiş fotoxəbər hazırlamalıdırlar.
Seminarın sonunda üç ən yaxşı fotoxəbər mükafatlara layiq görüləcək.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?