Modern.az

Vüqar Səfərli: “Bundan sonra heç bir KİV-ə güzəşt edilməyəcək”

Vüqar Səfərli: “Bundan sonra heç bir KİV-ə güzəşt edilməyəcək”

Ölkə

10 Fevral 2010, 13:27

Modern.az xəbər veriri ki, bu gün Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli 2009-cu ilin yekunları və 2010-cu ildə qarşıda duran vəzifələr ilə bağlı «Trend» İnformasiya Agentliyinin akt zalında mətbuat konfransı keçirib. V.Səfərli ötən il KİV-lərin həyata keçirdiyi layihələrlə bağlı xeyli iradlarını bildirib. O, qeyd edib ki, layihələrin həyata keçirilməsində zəiflik, çatışmazlıqlar var: “Mühasibat uçotu yox dərəcəsindədir. Biznes planlarını dəfələrlə dəyişdirənlər oldu. Bu da onu göstərir ki, belələri layihələri kiməsə yazdırılar. Birinci il olduğundan hamıya güzəştə getdik. Amma bundan sonra belə olmayacaq. Heç bir güzəştdən söhbət gedə bilməz”. Fondin icraçı direktoru onu da bildirib ki, ötən il layıhəsi qəbul edilən qəzetlərin bəziləri bu dəfə müsabiqədə iştirak edə bilməyəcəklər: “Bu onların layihənin gerçəkləşdirilməsi zamanı yol verdikləri ciddi pozuntularla bağlıdır”. 

Vüqar Səfərli bildirib ki, keçən il quruma dövlət büdcəsindən 1 milyon 304 min 160 manat ayrılıb. Bu məbləğdən 204 min 160 manatı Fondun saxlanma xərclərinə sərf olunub. İl ərzində Milli mətbuat günü münasibətilə 39 redaksiyaya 39 min manat məbləğində birdəfəlik maliyyə yardımı ayrılıb. Fond keçən il ümumilikdə 63 layihənin maliyyələşməsinə 676 min 873 manat xərcləyib. Fərdi jurnalist müsabiqəsinin 33 qalibinə isə 33 min manat məbləğində mükafat verilib. Fonda cari il üçün ayrılan maliyyə vəsaitinin həcmində ciddi dəyişiklik olmadığını qeyd edən V.Səfərli bildirib ki, 2010-cu il üçün həmin vəsait 2 milyon manatdır. İndiyədək dövlət tərəfindən maliyyələşən bir sıra KİV-lərə vəsait ayrılması Fonda həvalə edildiyindən, bu məbləğdən 700 min manatı onlara sərf olunacaq. Fondun elan etdiyi layihə müsabiqəsi və Novruz bayramı münasibətilə fərdi jurnalist yazılarının müsabiqəsi üçün ayrılan vaxt isə martın 1-də başa çatacaq. Qaliblər martın 17-də elan ediləcək. İcraçı direktor bildirib ki, bu il milli Azərbaycan mətbuatının yaradılmasının 135 illik yubileyi münasibətilə bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?