Modern.az

Deputat: “Daşkəsəndəki “N” saylı hərbi hissədə problemlər var imiş”

Deputat: “Daşkəsəndəki “N” saylı hərbi hissədə problemlər var imiş”

Ölkə

10 Fevral 2010, 14:07

Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin sədr müavini Aydin Mirzəzadə Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissədə baş verən faciə ilə bağlı Modern.az saytına bildirib ki, bu gün tələsik bəyanatlar vermək, vəziyyəti gərginləşdirməyə çalışmaq məqamı deyil: “Hərbi Prokurorluğun hadisə ilə bağlı müstəntiqlər qrupu işləyir. Yəqin ki, onlar vaxtaşırı ictimaiyyətə bu faciə ilə bağlı məlumatlar verəcəklər. Bununla belə, heç şübhəsiz ki, bu məsələ bizim komitədə müzakirə mövzusu olacaq. Ümumiyyətlə, komitəmizdə təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı fikir mübadilələri keçirilir, bu və ya digər məsələlərə münasibət bildirilir. Həmçinin güc strukturları, ilk növbədə, Müdafiə Nazirliyi ilə mütəmadi əlaqədədir. Hansısa hadisə olandan-olana deyil, ümumilikdə ordu quruculuğu, müdafiə qabiliyyətinin möhkəmlənməsi ilə bağlı proseslərin gedişi, problemlər, uğurlar daim komitəmizin diqqət mərkəzindədir. Qəbul etdiyimiz qanunlar və onlara dəyişikliklər də məhz bu məqsədi güdür. Məlum faciənin baş verməsi, şübhəsiz ki, çox ağır şəkildə cəmiyyətə, deputatlara təsir etdi. İki gənc hansı ki, öz silahlarını düşmənə qarşı çevirməli idilər, lakin bunu öz komandirlərinə, özlərinin əsgər yoldaşlarına çevirdilər, onları qətlə yetirdilər. Bir daha qeyd edirəm, hadisənin səbəbləri araşdırılır və sözsüz, ilk növbədə burada ilkin nəticə ondan ibarətdir ki, hərbi hissədə hansısa bir problemlər var imiş. Bunun hansı formada olduğunu istintaq qrupu araşdıracaq və nəticələr belə hadisələrin təkrarlanmaması üçün müvafiq addımların atılmasına gətirib çıxaracaq”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?