Modern.az

Elektron tədris resursların qiymətləndirilməsi üzrə Şura yaradılıb

Elektron tədris resursların qiymətləndirilməsi üzrə Şura yaradılıb

Ölkə

10 Fevral 2010, 15:55

Modern.az xəbər verir ki, Azərbaycan Təhsil Nazirliyinin elektron tədris resursların qiymətləndirilməsi üzrə Şurası yaradılıb.

Şuranın əsas fəaliyyət istiqamətləri elektron tədris resurslarının əsaslanaraq qiymətləndirilməsi, həmin resursların təhsil sistemində istifadəsi və onların daha effektiv formada tətbiqidir.
Fəaliyyəti Təhsil Nazirliyi nəzdində Təhsilin İnformasiyalaşdırılması İdarəsi tərəfindən əlaqələndirəcək yeni şuranın tərkibinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu, Təhsil Nazirliyinin tərəfdaşları olan “Mədəd” humanitar təşkilatı, Azedunet təşkilatı, Microsoft Azərbaycan şirkəti, qeyri hökumət təşkilatları və müəllimlər daxildir.
Qeyd edək ki, tədris resursların qiymətləndirilməsi üzrə Şuranın ilk iclası artıq keçirilib. Burada əsas fəaliyyət istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub.
 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?