Modern.az

Ali məktəblərdə rektor, prorektor və dekanlar imtahanlara müdaxilə ediblər

Ali məktəblərdə rektor, prorektor və dekanlar imtahanlara müdaxilə ediblər

Ölkə

10 Fevral 2010, 17:19

Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi 2009-2010-cu tədris ilinin qış semestrinin yekunlarına dair hesabatı ilə bağlı mətbuat konfransı keçirib. Modern.az-ın məlumatına görə, İctimai Birliyin rəhbəri Elnur Məmmədov bildirib ki, qış semestrində tələbələr üçün “Qaynar-xətt” xidməti təşkil edilib, bundan əlavə özəl ali məktəblərdə imtahanların monitorinqi aparılıb, dövlət ali məktəblərinin tələbələri arasında sorğu keçirilib.

E.Məmmədov həmçinin qeyd etdi ki, “Qaynar-xətt”ə daxil olan məlumatlar həm təşkilatın öz xətti ilə, həm də Təhsil Nazirliyinin “Qaynar-xətt”inə yönəldilməklə, onlarla birgə araşdırılıb. ”Daxil olmuş 17 müraciətdən yalnız 3-ü anonim olub. Qalan 14 müraciətdən isə 9-u müsbət həllini tapıb, 5-i isə həll olunmayıb: “Özəl ali məktəblərdə imtahanların monitorinqi zamanı 3 ali məktəbdə (Azərbaycan Beynəlxalq Universiteti, Təfəkkür Universiteti və Azərbaycan İctimai Siyasi Universiteti) ciddi pozuntular aşkar edilib. Belə ki, həmin ali məktəblərdə dekanlar və prorektorlar (Azərbaycan İctimai Siyasi Universitetində hətta rektor) imtahanların gedişinə müdaxilə ediblər. Digər özəl ali məktəblərdə ciddi pozuntular baş verməsə də, nəticələr çox zəif olub”.

            Dövlət ali məktəblərinin tələbələri arasında keçirilən sorğuya əsasən, burdakı problemlərin özəl ali məktəblərdən az olmadığını qeyd edən E. Məmmədov yalnız 2 ali məktəbdə (Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dillər Universiteti) nəticələrin qənaətbəxş olduğunu, digər ali məktəblərdəki problemlərlə bağlı narazılıq edən tələbələrin 55-90 % təşkil etdiyini bildirib.

Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri Ənvər İmanov və İlyar Vahabov, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov və ali məktəb tələbələri iştirak edib. 

Təşkilatın keçirdiyi sorğuya əsasən rüşvət mövzusunda suallara ayrı-ayrı ali məktəblərin tələbələri bu cür cavab veriblər:
 ALİ MƏKTƏBLƏR VƏ SUALLAR OXUDUĞUNUZ ALİ MƏKTƏBDƏ RÜŞVƏT HALLARI İLƏ RASTLAŞIRSINIZMI?
BƏLİ  XEYR
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (Sorğuda 70 nəfər iştirak edib) 5 % 95 %
Azərbaycan Dillər Universiteti (Sorğuda 76 nəfər iştirak edib) 20 % 80 %
Bakı Slavyan Universiteti (Sorğuda 54 nəfər iştirak edib) 70 % 30 %
Bakı Dövlət Universiteti (Sorğuda 85 nəfər iştirak edib) 84 % 16 %
Azərbaycan Dövlət Pedoqoji Universiteti  (Sorğuda 82 nəfər iştirak edib) 74,5 % 25,5 %
Bakı Tibb Universiteti (Sorğuda 60 nəfər iştirak edib) 36,5 % 63,5 %
Azərbaycan Dövlət Neft Akademiyası (Sorğuda 73 nəfər iştirak edib) 90,5 % 9,5 %
Azərbaycan Dövlət İqtisad Universiteti   (Sorğuda 80 nəfər iştirak edib) 96 % 4 %
Azərbaycan Texniki Universiteti (Sorğuda 60 nəfər iştirak edib)  86,5 % 13,5 %
Azərbaycan Müəllimlər İnstitutu(Sorğuda 45 nəfər iştirak edib) 93,5 % 6,5 %
Günay MUSAYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?