2010/2011-ci dərs ilində 1-ci sinif şagirdlərinə dərs deyəcək müəllimlər üçün ibtidai təhsil kurikulumu üzrə təlim keçiriləcək. Təhsil Nazirliyinin Milli Kurrikulum Mərkəzindən Modern.az-a verilən məlumata görə, təlimlər bu ilin iyun-avqust aylarına planlaşdırılıb.
Kurikulumun tətbiqi üzrə təlim məşğələləri başlamazdan əvvəl nazirliyin tapşırığı ilə məktəblər ibtidai sinif müəllimlərinin siyahısını təqdim edəcəklər.