Modern.az

“Anasına bu gün “mama” deyən sabah da “mother” deyəcəkmi? - PROBLEM

“Anasına bu gün “mama” deyən sabah da “mother” deyəcəkmi? - PROBLEM

Ölkə

29 Oktyabr 2012, 13:24

Gündəlik həyatda, məişətdə yad dildə olan sözlərdən istifadə halları hələ də qalmaqdadır. Lakin Milli Məclisin Mədəniyyət məsələləri Komitəsinin sədri Nizami Cəfərov başqa dillərə aid sözlərin Azərbaycanda geniş yayılma ehtimalının böyük olduğunu düşünmür.

“Bundan əvvəl ata-anaya “mama”, “papa“ deyirdik. Artıq o dövr keçdi. Bu məsələ qabiliyyətimiz ilə bağlıdır. Burada şəxsi iradə və iddia məsələsi birinci yerdədir. Əvvəllər hətta kənddə də “mama”, “papa” sözləri işlənirdi. Bəziləri düşünürdü ki, bu, ziyalılıq göstəricisidir. Soyuducuya çox zaman “xolodilnik” deyilməsi də qalmaqdadır. Çünki daha populyardır”.

N.Cəfərovun fikrincə, məişətdə istifadə oluna sözlər canlı həyatda praktik dilə uyğunlaşır. “Danışanda ”koneşna” deyirik. Amma yazanda “əlbəttə” yazırıq. “Əlbəttə”nin dilimizə heç bir doğmalığı yoxdur. Xalq məsələyə yaxşı-pis məntiqi ilə yaşamır. Dil praktik məntiqlə yaşayır, dil üçün praktik həyat necədirsə, ona uyğun da gedir”.

Deputat Sabir Rüstəmxanlı isə bu məsələdə ictimai qınağın daha güclü olmasını arzulayır. “Dildə ciddi dəyişiklik və assimilyasiyanın olması gözlənilmir. Dar və məhdud çərçivədə, kimlərinsə arasında ola bilər, onlar da cəmiyyətə ciddi bir təsir göstərə bilməz. Ayrı-ayrı ailələrdə müraciətlər və s. başqa dillərdə ola bilər. Amma bu kütləviləşə bilməz. Çünki Azərbaycanda buna qarşı bir ictimai qınaq mövcuddur. Xalq bunu qəbul eləmir”.

Şahanə Rəhimli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı