Modern.az

Səhiyyə Nazirliyindən vətəndaşa anormal cavab

Səhiyyə Nazirliyindən vətəndaşa anormal cavab

Ölkə

15 Fevral 2010, 18:06

Bakı şəhər sakini R.Bağırlı bazardan aldığı mal ətini laboratoriya şəraitində yoxlatdırmaq istəyib ki, görsün  həqiqətən ona satılan mal ətidir, yoxsa yox. Vətəndaş bunun üçün Səhiyyə Nazirliyinə müraciət edib. Nazirlikdən isə vətəndaşa anormal sayıla biləcək bir cavab veriblər.   Modern.az xəbər verir ki, bazardan aldığı mal ətini laboratoriya şəraitində yoxlatdırmaq istəyən R.Bağırlı əvvəlcə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət edib. Mərkəzdən isə vətəndaşa Dövlət Baytarlıq Xidmətinə müraciət etmək məsləhət görülüb. Dövlət Baytarlıq Xidmətindən R.Bağırlıya Bakı şəhəri üzrə Baytarlıq Xidmətinə, onlar isə vətəndaşa əti aldığı bazarın həkiminə müraciət etməyi  söyləyiblər. Adları çəkilən qurumlar hələ üstəlik şikayətçi vətəndaşdan arayış da tələb ediblər. Çarəsiz qalan Bakı sakini Səhiyyə Nazirliyinə üz tutub. “Bu qədər süründürmək lazımdırmı? Axı mən aldığım ət məhsulunu hansı laboratoriyada birbaşa yoxlatdıra bilərəm?”-deyə vətəndaş nazirliyə ünvanladığı məktubda bildirib. R.Bağırlı heç olmasa Səhiyyə Nazirliyindən tutarlı cavab aolama ümid edib.  

Modern.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin Sanitariya-epidimiologiya nəzarəti sektorundan R.Bağırlıya anormal sayıla biləcək cavab verilib: “Bazardan aldığınız mal ətinin laborator müayinəsi ilə bağlı Azad İstehlakçılar Birliyinə müraciət edə bilərsiniz”. Şərhə ehtiyac varmı?... Azad İstehlakçılar Birliyi də bəyan edib ki, bu qurum qeyri-hökumət təşkilatıdır və onun mal ətinin müayinəsi üçün hər hansı müasir laboratoriyası yoxdur: “Dövlət orqanlarının malik olmadığı laboratoriyanı biz hardan ala bilərik?...” Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?