Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında fevralın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə zəif duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, gecəyə doğru az yağış yağacağı gözlənilir. Şimal-şərq küləyinin sürəti 8-13 m/s olacaq, gündüz arabir 16 m/s təşkil edəcək. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 8-10 dərəcə isti təşkil edəcək.
Fevralın 20-də hava şəraitinin buludlu olacağı, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Şimal küləyinin sürəti 10-15 m/s olacaq, gecə arabir 18 m/s-dək güclənəcək, gündüz 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Fevralın 21-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyinin sürəti 9-14 m/s olacaq, gündüz arabir küləyinin sürəti 16-20 m/s təşkil edəcək, yarımadanın bəzi yerlərində 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 9-12 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 19-da hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, axşam və gecə bəzi yerlərdə az yağıntılı, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyinin sürəti 5-10 m/s olacaq təşkil edəcək.
Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti təşkil edəcək.
Fevralın 20-də hava şəraitinin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, 21-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir 15-20 m/s təşkil edəcək, fevralın 21-də ayrı-ayrı yerlərdə 23-28 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz 8-12 dərəcə isti, fevralın 21-də temperatur 12-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.