Modern.az

Ana günü qeyd ediləcəksə, Ata günü də qeyd edilsin

Ana günü qeyd ediləcəksə, Ata günü də qeyd edilsin

Ölkə

19 Fevral 2010, 13:40

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda Ana gününün qeyd olunmasının tərəfdarıdır. Bununla yanaşı, H.Hüseynova 8 mart Qadınlar gününün də ləğvini istəmədiyini deyib. O, qeyd edib ki, burada söhbət bayramların birini ləğv edib, o birini təsis etməkdən getməməlidir: “Ana müqəddəs bir insandır və Ana gününün qeyd olunması çox gözəl olardı. Amma bu bayramlar bir-birini əvəz eləmir".

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə Azərbaycanda Ana günü bayramının təsis olunmasının əleyhinədir. Modern.az-a açıqlamasında o, məsələyə belə münasibət bildirib: “Hesab edirəm ki, bu təklif kişilərə qarşı bir diskriminasiyadır. Bəli, ana müqəddəsdir, bəs, ata? Əslində 8 mart da kişilər üçün bir diskriminasiyadır. Klara

Setkinin vaxtilə bir hərəkatı olub. İndi biz bunu bayram edirik. Amma dünyanın çox yerində 8 mart tarixi bayram kimi qeyd olunmur. Biz bu günü elə həm də Analar günü kimi qeyd edirik. Yaxşı, Ana gününun qeyd edilməsini istəyirik, bəs Ata günü harada qaldı? Özü də gender bərabərliyindən danışırıq. Hər halda kifayət qədər bayramlarımız var. Yenisinə ehtiyac yoxdur. Bu komitə rəhbərinin arzusu ola bilər. Mən hesab edirəm məsələ sosial sifariş deyil”.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?