Modern.az

Azərbaycanda xəstələnənlərin sayı artıb

Azərbaycanda xəstələnənlərin sayı artıb

Ölkə

19 Fevral 2010, 15:08

Səhiyyə naziri Oqtay Şirəliyev fevralın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında bildirib ki,  2009-cu il ərzində 148 könülü qanvermə aksiyası keçirilib və bu aksiyalarda 45 mindən artıq insan iştirak edib.

 

Nazir bildirib ki, xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi 19 mərkəzdə 1400-ə yaxın xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə pulsuz təmin olunurlar. Nazir bildirib ki, 2003-cü illə müqayisədə vərəmin erkən aşkarlanması 23 fazi artıb, bu xəstəlikdən ölənlərin sayı isə 54 fazi azalıb.

Nazir deyib ki, son zamanlar tibb müəssisələrinə müraciət edən xəstələrin sayı çoxalıb. Son zamanlar cərrahi əməliyyatların sayı da artıb. O.Şirəliyev bunu xəstəxanalarda şəraitin yaxşılaşması, ən müasir avadanlıqla, dərman və ərzaqla təchizatın yaxşılaşdırılması, cərrahi əməliyyatlar üçün xəstələrin xaricə getməsinin azalması ilə izah edib. 2003-cü illə müqayisədə 2009-cu ildə xəstəxanalarda müalicə olunana xəstələrin sayı 36 faiz, təcili tibbi yardım göstərilən xəstələrin sayı 53 faiz, ambulator müraciətlərin sayı 33 faiz artıb.

Oqtay Şirəliyev bildirib ki, Azərbaycanda “donuz qripi”nə qarşı vaksinasiya olunacaq şəxslərin 80 faizi peyvənd olunub. Onların heç birində əks təsir və ya mənfi hal qeydə alınmayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?