Modern.az

Yanvarda 26 nəfər intihar edib, 16 nəfər buna cəhd gostərib

Yanvarda 26 nəfər intihar edib, 16 nəfər buna cəhd gostərib

Ölkə

20 Fevral 2010, 18:24

Modern.az ölkədə baş verən və rəsmi qurumların da təsdiqlədiyi  intiharların aylıq statistikasını aparmaqda davam edir. Bizim statistikaya görə, 2010-cu ilin ilk ayında Azərbaycanda 26 nəfər həyatına qəsd edib, 16 nəfər isə buna cəhd gostərib. İntihara cəhd edənlərin biri məktəbli, 11-i kişi, 4-ü qadın olub. Yanvarda həyatına qəsd edənlərin ikisi məktəbli olub. Cəlilabad rayonunun Ocaqlı kəndində 12 yaşlı Zülfiyyə Sadıqova özünü asıb. Ailəsi qızın ruhi xəstə oldugunu, şizofreniya xəstəliyindən əziyyət çəkdiyini bildirib. İkinci intihar hadisəsi İsmayıllı rayonunda baş verib. Talıstan kənd sakini, 11-ci sinif şagirdi Səbuhi Sabirli məlum olmayan səbəbdən özünü asıb. Bu ilin ilk ayında intihar edənlərin 20-si kisi, 6-sı qadın olub. Kişilərdən üçünün, qadınlardan birinin yaşı 60-dan yuxarı olub. İntihar edən kişilərin 7 nəfəri 18-30, 9-u 31-60 arasında olub. Qadınların üçünün yaşı 18-30, ikisinin isə 31-60 arası olub. Yanvar ayında intihar edənlərin 13 nəfəri özünü asıb. Bir nəfər özünəqəsdi bogazını kəsməklə, bir nəfər 4-cü mərtəbədən atmaqla reallaşdırıb. Bir nəfər özünü odlu silahla vurub, bir nəfər sirkə turşusu icib, bir nəfər damarını doğrayıb, bir nəfər kimyəvi maddə içib. Ötən ay qeydə alınan intiharlar müxtəlif səbəblərdən baş verib. Məsələn, Gəncə Regional Elmi Mərkəzin şöbə müdiri, 61 yaşlı Ələsgər Əliyevin psixi sarsıntılar keçirməsi səbəbindən özünə qəsd etdiyi bildirilib. Lənkəran rayonu, Girdəni kənd sakini, 6 uşaq atası, rayon Telekommunikasiya qovşağının baş mühasibi, 57 yaşlı Hüseyn Abbasov da özünü asıb. Nizami rayonunda isə 51 yaşlı Məmməd Məmmədov sirkə turşusu içərək intihar edib. Sabunçu rayonunda 44 yaşlı Rasim Dadaşov boğzını bıçaqla kəsməklə özünəqəsd edib. O, ailə uzvlərinə tez-tez həyatdan bezdiyini deyirmiş. Yasamal rayon ATS-nin əməkdaşı, 42 yaşlı Telman Məmmədov yanvarın 18-də internet otagında telefon kabeli ilə özünü asıb. İlkin ehtimala gorə, onun kulli miqdarda borcu olub. Quba rayonu, Nərimanabad kənd sakini, 74 yaşlı Bayram Qafarov kimyəvi məhlul içərək həyatına son qoyub. Yasamal rayonunda ədliyyə orqanlarında çalışdığı bildirilən 24 yaşlı Nihat Hüseynov qonaq getdiyi segilisigildə özünü 4-cü mərtəbənin eyvanından atıb. Onun guya, evə gələn qızın qardaşı ilə üz-üzə gəlmək istəmədiyi səbəbindən bu addımı atdığı bildirilsə də, bəzi mənbələr hadisənin Nihatın sevgilisi yox, məsuqəsigilin evində baş verdiyi ehtimalını irəli sürüblər. Mingəcevirdə ehtiyatda olan polkovnik-leytenant, 44 yaşlı Canpolad Əliyev Göygöl rayonu, Yeni Zod kəndində sağ qolunun damarını kəsib. İlkin ehtimala gorə, intihara səbəb onun borclu olmasıdır. Neftcala rayonunda isə 38 yaşlı Təbriz Şəfiyev ov tufəngi ilə özünü vurub.   Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?