Modern.az

Azərbaycan milli komandasının oyunlarının təqvimi müəyyənləşib

Azərbaycan milli komandasının oyunlarının təqvimi müəyyənləşib

Ölkə

22 Fevral 2010, 14:42

Modern.az xəbər verir ki, bu gün Almaniyanın Frankfurt şəhərində Avro-2012-nin seçmə mərhələsi çərçivəsində A qrupunda keçiriləcək oyunların təqviminin müzakirəsi məqsədilə qrupda yer alan komandaların nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Aparılan müzakirələr nəticəsində qrupun təqvimi müəyyənləşdirilib.
Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunların təqvimini diqqətinizə çatdırırıq:

7 sentyabr 2010-cu il
Almaniya – Azərbaycan
 
8 oktyabr 2010-cu il
Avstriya – Azərbaycan
 
12 oktyabr 2010-cu il
Azərbaycan – Türkiyə
 
29 mart 2011-ci il
Belçika - Azərbaycan
 
3 iyun 2011-ci il
Qazaxıstan – Azərbaycan
 
7 iyun 2011-ci il
Azərbaycan – Almaniya
 
2 sentyabr 2011-ci il
Azərbaycan – Belçika
 
6 sentyabr 2011-ci il
Azərbaycan – Qazaxıstan
 
7 oktyabr 2011-ci il
Azərbaycan – Avstriya
 
11 oktyabr 2011-ci il
Türkiyə – Azərbaycan
 
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts AFFA-nın saytına fikirlərini bildirib: «Müzakirələrin nəticəsindən çox razıyıq. Təqvim arzuladığımız kimi tərtib olundu. Qızğın müzakirələrin getməsinə baxmayaraq – sözsüz ki, hər bir komandanın nümayəndəsi öz maraqlarını müdafiə edirdi – balanslı və ədalətli təqvim alındı. Artıq bütün diqqətimizi millinin hazırlığına, yoldaşlıq oyunlarının keçirilməsinə yönəldəcəyik. Yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik».

AFFA-nın baş katibi Elxan Məmmədovun fikirləri belə olub: «Müzakirələr çətin keçdi. Bununla belə, təqvim tərtib olunarkən arzuladıqlarımızı həyata keçirə bildik. İlk oyunumuzu sentyabrda, səfərdə məhz Almaniya yığmasına qarşı keçirmək istəyirdik və təqvimdən də göründüyü kimi, bu, belə də olacaq. Balansın qorunmasına, rəqiblərimizin bizə qədər hansı komanda ilə oynayacağına da xüsusi diqqət yetirdik. Hesab edirəm ki, bizim üçün sərfəli olan təqvimdir. Artıq millinin oyunlarının təqvimi müəyyənləşib və indidən azarkeşlərə müraciət edərək komandamızı dəstəkləməyə çağırıram. Millinin oyunları zamanı azarkeşləri stadionda görməkdən şad olardıq».

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?