Modern.az

Milli Qəhrəmanlara aid portalın təqdimatı oldu (fotosessiya)

Milli Qəhrəmanlara aid portalın təqdimatı oldu (fotosessiya)

Ölkə

22 Fevral 2010, 15:17

 

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbayacanın Milli qəhrəmablarına həsr olunmuş www.milliqahraman.az portalının təqdimat mərasimi keçirilib. Tədbirdə portalın təşəbbüskarı Milli Məclisin uzvu Qənirə Pasayeva bildirib ki, belə bir internet saytın yaradılması çox önəmlidir və bundan sonra həm Azərbaycanda, həm də xaricdə yasayan soydaslarımız hər bir Milli Qəhrəman haqda ətraflı məlumat əldə edə biləcək.

Q.Paşayevanın sözlərinə görə, portalda milli qəhrəmanlarla yanaşı, Dağlıq Qarabağın işğal olunması, müharibə zamanı qəhrəmanlarımızın göstərdiyi şücaətlər daha geniş şəkildə öz əksini tapacaq. Millət vəkili onun təşəbbüsümə dəstək verərək portalın yaradılmasında xüsusi əməyi olan AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevə təşəkkürünü bildirib. Deputat deyib ki, portaldakı məlumatlar daim yenilənəcək. "Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması üçün apardığı mübarizə də daim portalda öz əksini tapacaq. Biz milli qəhrəmanlarımızı nə qədər yüksək səviyyədə təbliğ etsək, cəmiyyətimizə, xüsusən gənclərimizə tanıtsaq, o zaman hər kəs özü oxşamaq istədiyi qəhrəmanı seçəcək", - deyə Q.Paşayeva vurğulayıb.

Millət vəkili deyib ki, Prezident İlham Əliyev Milli Qəhrəman ailələrinə dəstəklə bağlı çox böyük işlər görür: "Azərbaycanın birinci xanımı Mehribam Əliyeva da Mmilli qəhrəmanların gələcək nəsillərə təqdim edilməsi üçün çox böyük layihələr həyata keçirilməsinə dəstək verir. Amma bu məsələ hamımızı düşündürməlidir".

Millət vəkili Həvva Məmmədova isə deyib ki, Milli qəhrəmanlarımız haqda məlumatları istər ölkə, istərsə də dünya ictimaiyyətinə çatdırmaq çox böyük vətənpərvərlikdir. H.Məmmədovanın sözlərinə görə, dünya ictimaiyyətinin Azərbaycanın Milli qəhrəmanları haqqında məlumat əldə edə bilməsi üçün portalın ingilis dilində versiyasının hazırlanması da vacibdir: "Çünki bizim internet saytlarımızı bu gün həm düşmənlərimiz, həm də dost olan ölkələrdə oxuyurlar".

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib ki, portalda 210 Milli Qəhrəman barədə ətraflı məlumat verilməklə yanaşı, Xocalı soyqırımını əks etdirən materiallar da yerləşdiriləcək. Onun sözlərinə görə, portal bir neçə günə tam istifadəyə veriləcək və yaxın zamanlarda burada ingilis dilində də məlumat almaq mümkün olacaq: “Portalda təkcə 210 nəfər Milli Qəhrəmanla bağlı məlumatlar yerləşdirilməyəcək. Eyni zamanda bura daxil olan hər kəs əsir və girov götürülən 4459 nəfər vətəndaşımız, müharibə nəticəsində fiziki sağlamlığını itirən 44 mindən çox insan, o cümlədən şəhid olan 22 mindən artıq soydaşımız haqda da məlumat əldə edə biləcək".

 

 

 

 

 

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?