Modern.az

Azərbaycanda ildə 200-dən çox ağsaqqal və ağbirçək boşanır

Azərbaycanda ildə 200-dən çox ağsaqqal və ağbirçək boşanır

Ölkə

23 Fevral 2010, 10:36

Azərbaycanda hər il boşanmalar nəticəsində minlərlə ailə dağılır. Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, son üç ildə respublikamızda 24 mindən çox nikahın pozulma faktı qeydə alınıb. Ən təccüblüsü odur ki, boşanan ər-arvadlar arasında ağsaqqal və ağbirçək yaşlı vətəndaşların olmasıdır.

 

Rəsmi statistikadan görünür ki, Azərbaycanda ən çox boşananlar 30-34 yaş arasında olan vətəndaşlardır. İl ərzində yaşı 30-34 arasında olan təxminən 1550-dən çox kişi və qadın boşanır.

İkinci yerdə yaşı 35-39 arasında dəyişən boşananlar (1500-dən çox kişi və qadın) gəlir. Statistikaya görə, 20 il bir yerdə yaşayıb ayrılan azərbaycanlı ər-arvadlar da az deyil.  Belə ki, hər il 1000-dən çox belə ailə dağılır.

Rəsmi statistikaya görə, hər il Azərbaycanda 60 və yuxarı yaşda olan 240-dan çox ağsaqqal, 120-dən çox ağbirçək də uzun illər bir yerdə yaşadığı həyat yoldaşından boşanır. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?