Tezliklə Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin köçürülməsinə başlanacaq. Modern.az xəbər verir ki, universitetin rektoru, deputat Abel Məhərrəmov jurnailstərə açıqlamasında bildirib ki, hazırda yeddi min yerlik yataqxanada cəmi əlli tələbə yaşayır.
"Yataqxanasız universitet təsəvvür etmək mümkün deyil. Dünyada yataqxanasız universitet yoxdur. Yataqxana həyatı universitetin bir atributudur. Ona görə də yataqxanalar tələbələrin ixtiyarına verilməlidir. Prezident İlham Əliyev məcburi köçkünlər üçün evlərin tikilməsi haqda vacib sərəncam imzalayıb. Bunun üçün vəsait ayrılıb, hazırda tikinti gedir. İlk növbədə BDU-nun yataqxanalarındakı məcburi köçkünlər yeni evlərə köçürüləcək”.
A.Məhərrəmov qeyd edib ki, məcburi köçkünlərin yataqxanalardan köçürülməsi mərhələlərlə həyata keçiriləcək.