
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin müayinələri
nəticəsində müəyyən edilib ki, sağlamlaşdırıcı tədbirlərə baxmayaraq, içməli suyun keyfiyyətində və paylayıcı şəbəkənin işində ciddi nöqsanlar var. Modern.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi Sanitariya-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib. V.Qasımovun sözlərinə görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin müayinələri edib ki, 45 şəhər və rayonda əhaliyə verilən içməli su nümunələrinin 33%-i kimyəvi, 42%-i isə bakterioloji göstəricilərə görə normativ tələblərə cavab verməyib. Nəticədə, içməli suyun təmizlənməsi və zərərsizləşdirilməsi zamanı texnoloji prosesin pozulması
ilə əlaqədar 7 nəfər rəhbər işçi cərimə olunub.
Nazirlik rəsmisi qeyd edib ki, əhalinin ekoloji təmiz su ilə təminatı kəskin bağırsaq infeksiyalarının qarşısının alınmasında vacib şərtdir.