Modern.az

"Şou-biznes nümayəndələri özlərini çox yuxarıdan aparmasınlar"

"Şou-biznes nümayəndələri özlərini çox yuxarıdan aparmasınlar"

Ölkə

25 Fevral 2010, 18:13

Milli Məclisin (MM) deputatı Jalə Əliyeva bildirib ki, parlamentin yaz sessiyasında «Mədəniyyət haqqında» qanuna əlavə və dəyişikliklərin edilməsi məsələsinəı baxıla bilər. MM-in Mədəniyyət komitəsinin üzvü «Mədəniyyət haqqında» qanun üzərində hazırda iş getdiyini söyləyib. “Bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur. Çünki bu qanun çoxdan aşınıb. Hazırda yeni qanun üzərində iş gedir. Mən indidən hər şeyi açıqlamaq istəməzdim. Bu, sirr deyil, sadəcə olaraq, müzakirələr yekunlaşandan sonra ətraflı fikir söyləmək olar». Millət vəkilinin sözlərinə görə, yeni mədəniyyət qanununda mütləq Azərbaycan dili ilə bağlı, efirdə mövcud olan problemləri tənzimləmək lazımdır: «Əgər bu məsələ yüksək səviyyədə gündəmə gətirilirsə, Prezident Administrasiyasının rəhbəri bu məsələyə münasibət bildirirsə, həqiqətən düşünməyə dəyər. Qaldırılan məsələlərin hamısı yeni qanunda nəzərə alınmalıdır”. Jalə Əliyeva onu da bildirib ki, yeni mədəniyyət qanunda şou-bizneslə bağlı məsələlər də əksini tapacaq: «Bu şou-biznesdən o qədər danışılır ki. Əslində heç o qədər də lazım olmayan bir sahədən bu qədər danışmaq lazım deyil. Bəlkə də biz bu sahədən çox danışdığımız, əhəmiyyət verdiyimiz üçün şou-biznes adamları da özlərini belə yuxarıdan aparırlar. Bizim millətə zəngin mənəviyyat, əsrlərin sınağından çıxmış sənət, musiqi lazımdır. Bu proses zamanla öz yerini tutacaq. Amma elə şeylər var ki, onu qaydasına salmaq üçün təkcə qanun yox, ictimai şüur dəyişməlidir. Bunun üçün də ilk növbədə maarifləndirmə aparılmalıdır və ictimai fikir öyrənilməlidir. Axı nəyə görə bir qrup yüngül sənət arzusunda olanların badına bütün xalq getməlidir?”.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?