“Forbes” jurnalı Türkiyənin ən zəngin insanlarının adlarını açıqlayıb. Modern.az türk mətbuatına istinadən xəbər veir ki, “Forbes”in “Ən zəngin 100 türk” siyahısına 3 milyard dollar vəsaitlə Hüsnü Özyegin başçılıq edir. Onu 2,9 milyard dollarla Mehmet Karamehmet və 2.6 milyard dollarla Şarik Tara təqib edir. 3-cü olan Taranın sərvəti 2008-də 4,1 milyard dollar olub. Hüsnü Özyegin artıq 2 ildir ki, liderlik mövqeyini qoruyur. Mehmet Karamehmet Türksell və Çukorova Holdinqin səhmlərinin sahibidir. Tara 2009-cu ildə itirdiyi 2,5 milyard dolların 1 milyardını yerinə qoyaraq bu il 2-ci ola bilib. “Ən zəngin 100 türk”ün ümumi sərvəti 87 milyard dollar təşkil edir. Ötən il sərvətlərə 31 milyard dollar əlavə olunub və ümumi sərvət 55 faiz artıb. Ötən il “Ən zəngin 100 türk”ün ümumi sərvəti 2008-ci illə müqayisədə yarıbayarı azalaraq 111 milyard dollardan 56 milyard dollara düşüb. 36 milyarderdən 13-ü zənginlər siyahısına düşə bilməyib. Onların arasında Koç və Sabançı soyadını daşıyan kimsə olmayıb.
Bu il isə Koç ailəsinin 3 üzvü Semahat Arsel, Rəhmi Koç və Sina Kiraç milyarderlər liqasına dönüb. Bu il Şevkət Sabançı, Asen Özokur, Aydın Doğan, Deniz Şahenk, Erman İlıçak, Faruk Əczacıbaşı və Turqay Çiner milyarderlər siyahısında yer alıb.
Milyarder ailələr
Bu il 28 milyarderlər arasında Koç soyadını daşıyan 3, Sabançı soyadını daşıyan 2 zəngin təmsil olunur. Sabançı ailəsinin ümumi sərvəti 10,3 milyard dollar, Koç ailəsinin ümumi sərvəti isə 7,1 milyard dollar təşkil edir. Ötən il milyarder liqasına vida deyən 12 zənginin yerinə bu il Mustafa Torbaş, Mehmet Rüştü Başaran və Suzan Sabançının daxil olması ilə Türkiyənin milarderlərinin sayı 28-ə çatıb. Suzan Sabançı Dinçer siyahıya ilk qadın milyarder kimi daxil olub.
“Forbes” bu il ilk dəfə iki nəfəri – Mehmet Rüştü Başaranı və Mustafa Lətif Topbaşı siyahıya daxil edib.
Sabançı Türkiyənn ən zəngin ailəsidir
Türkiyənin ən zəngin 25 ailəsinin ümumi sərvəti bu il ikiqat artıb. Ümumi sərvəti 1 milyard dolları keçən 17 ailə var. Türkiyənin ən zəngin ailəsi isə 10 milyard dollara sahib Sabançı ailəsidir. “Yüzlyün” ümumi sərvəti 798 milyard dollar ikən, ötən il bu rəqəm 554 milyard dollar təşkil edib. Ötən il siyahıda qadın milyarder yer almayıb, bu il isə 24 qadın milyarder siyahıda qərarlaşıb Siyahıda ilk 10 nəfərin ümumi sərvəti 22 miylard dollardır. Bu, ötən ilki 6,5 milyard dollardan xeyli artıqdır. İlk 50 nəfərin 60 milyard dollar sərvəti var. Ötən il bu rəqəm 40,7 milyard dollar olub. Siyahıda ən gənc milyarder və ən yaşlı milyarder arasında yaş fərqi 59-dur. İman Çolakoğlunun 27, Necati Akçağlıların isə 86 yaşı var. İstanbulda doğulan milyarderlərin sayı daha çoxdur – 38 nəfər. 11 milyarder ankaralı, 2 milyarder isə adanalı və artvinlidir. 75 milyarder energetika sahəsinə sərmayə qoyub. “Forbes”ə görə, əgər 2008-də yalnız bir nəfər öz sərvətini artıra bilibsə, 2009-cu ildə 81 miyarder pul vəsaitlərini artıra bilib.
Modern.az