Modern.az

IV sinif müəllimlərinin bilik səviyyəsi yoxlanılıb

IV sinif müəllimlərinin bilik səviyyəsi yoxlanılıb

Ölkə

1 Mart 2010, 14:19

st1:*{behavior:url(#ieooui) }

BƏZİ MÜƏLLİMLƏR ÖZ ŞAGİRDLƏRİNİN CAVABLANDIRDIĞI SUALLAR QARŞISINDA ACİZ QALIBLAR Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Bakının Nərimanov rayonunda yerləşən məktəblərin IV sinif şagirdlərinin iştirakı ilə Riyaziyyat fənnindən keçirdiyi test yoxlamasının nəticələri bəllidir. Modern.az xəbər verir ki, ötən həftə Bakı Şəhəri üzrə Təhsil İdarəsində keçirilən iclasda 22 məktəb üzrə test yoxlamalarının nəticələri müzakirə edilib.

İclasda bildirlib ki, eksperiment xarakteri daşıyan ilk yoxlamada cəmi Nərimanovdalı məktəblərin 22 məktəb üzrə 86 IV sinifdə oxuyan 1844 şagird iştirak edib. Şagirdlərlə yanaşı, onların müəllimləri də eyni test suallarına cavab verməli olublar. Hər bir şagird və müəllim 45 dəqiqə ərzində 15 test sualına cavab verib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi nəticələrdən narazıdır. Şagirdlərdən yalnız 114 nəfəri yoxlamadan "5" qiyməti alıb. 600 nəfərin adı isə "4" qiymətini alanlar siyahısındadır. Şagirdlərin 885 nəfəri, yəni 47,9 faizi "3" qiyməti alıb.

Yoxlama imtahanın nəticələri əsas götürülərək Nərimanov rayonundakı məktəblərin reytinq cədvəli hazırlanıb. Cədvələ 291 saylı məktəb başçılıq edir. Bu təhsil müəssisəsi 85,7 faiz nəticə ilə ilk yeri qazanıb. Sonrakı yerləri 193, 82, Bağça-Məktəb-Lisey Kompleksi (BMLK), 45, 304, 207 saylı məktəblər bölüşdürür. 193 saylı məktəbin göstəricisi 66,4 faiz olub. 82 saylı məktəbdə yoxlama nəticələrinə görə bu rəqəm 55,44 faiz təşkil edib. BMLK reytinq cədvəlindəki yerini 49,6 faizlik nəticə ilə qazanıb. 45 saylı məktəbdə 48,78 faiz, 304 saylı məktəbdə 44,4 faiz, 207 saylı məktəbdə 43,1 faiz, 202 saylı məktəbdə 40 faiz, 258 saylı məktəbdə 38,7 faizlik nəticə əldə olunub. Aşağı nəticə göstərənlər arasında isə 37, 212, 57, 93 saylı məktəblərin adı çəkilir. Bu məktəblərin nəticələri 20 - 30 faiz arasında dəyişir.   İclasda IV sinif müəllimlərinin sınaq imtahanlarına cavabları da müzakirə mövzusu olub. Cəmi 84 müəllimin yoxlamada iştirak etdiyi, onlardan 24 nəfərin "5", 52-sinin "4" aldığı bildirlib. 7 müəllim yoxlamadan “3" alıb ki, onlar da 15 sualdan 10-na belə düz cavab verə bilməyənlərdir. Müəllimlər arasında qiymətlərə təsir edən amillərdən biri də texniki məsələlərlə bağlı olub. Məsələn, bəzi müəllimlər test suallarını düzgün cavablandırdıqları halda, onları cavab kartına doğru köçürə bilməyiblər. Ümumilikdə 17 müəllimin cavab kartında texniki səhvlərin olduğu aşkarlanıb. Maraqlı məqamlardan biri də bəzi hallarda müəllimin nəticəsi ilə sinfin nəticəsinin kəskin fərqlənməsi olub. Məsələn, 10 şagirdi yoxlamadan “5” alan müəllimin qiyməti uşaqlarla müqayisədə aşağı olub. Ümumilikdə məktəblər üzrə cəmi 84 müəllimdən yalnız 9-u 15 sualın hamısını cavablandıra bilib ki, onların da 5-i BMLK-nın payına düşür. Bütün 15 suala cavab verə bilən müəllimlər arasında 82, 202 saylı məktəblərin pedaqoqları da var. Bakının digər rayonlarının məktəblərində də belə test yoxlamalarının keçirilməsi nəzərdə tutulur. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi