Modern.az

Vladimir Jirinovski ÖLDÜ

Vladimir Jirinovski ÖLDÜ

Ölkə

6 Aprel 2022, 14:08

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
 

Vladimir Jirinovski fevralın 2-də koronavirus infeksiyasına görə ağırlaşmalarla xəstəxanaya yerləşdirilmişdi.

O, iki aydan artıq idi ki, yataq xəstəsi kimi həyatı dəstəkləyən cihazlara qoşulmuşdu.

 

75 yaşında koronavirusun qurbanı olan V.Jirinovski zaman-zaman Azərbaycan əleyhinə təhqiramiz fikirləri ilə gündəmə gəlib.

O, həm də Rusiya Dövlət Dumasının deputatı kimi parlamentdə Liberal Demokrat Partiyasının fraksiya rəhbəri idi.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı