Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında martın 2-də hava şəraitinin bəzi yerlərdə yağışlı keçəcəyi gözlənilir. Şimal-şərq küləyinin sürəti 8-13 m/s təşkil edəcək. Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 10-12 dərəcə isti təşkil edəcək.
Martın 3-də hava şəraitinin buludlu olacağı, arabir açılacağı, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin, axşama doğru isə az yağış yağacağı gözlənilir. Şimal-şərq küləyinin sürəti 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 9-11 dərəcə isti təşkil edəcək.
Martın 4-də hava şəraitinin buludlu olacağı, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı, gündüz havanın arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyinin sürəti 9-14 m/s olacaq, günün ikinci yarısında arabir 16-18 m/s təşkil edəcək. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 10-12 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında martın 2-də hava şəraitinin arabir yağışlı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, gecə və səhər bəzi cənub rayonlarında intensiv olacağı gözlənilir. Şimal-şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.
3-4 martda hava şəraitinin bəzi yerlərdə yağıntılı keçəcəyi, 4-də gündüz qərb rayonlarında tədricən kəsiləcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şimal-şərq küləyinin sürəti 5-10 m/s olacaq, martın 04-də gündüz ayrı-ayrı yerlərdə arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə. yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, buludlu və rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Ümumiyyətlə mart ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Modern.az