“100 il öncə baş vermiş erməni separatizmi və yaşadıqları Türkiyə Cümhuriyyətinə etdikləri satqınlıqlarına ermənilər, Ermənistana bənzər ayrı-ayrı ölkələr və təşkilatlar soyqırımı donu qeyindirməyə səy göstərirlər. Lakin 20 əsrdə insanlığa qarşı törədilmiş ən böyük vəhşiliyi, öz faşistliyi və qəddarlığı ilə XATIN façiəsindən geri galmayan XOCALI fəryadını 18 ildir ki eşidən yoxdur. XOCALİ faciəsinin masştabını görmək istəyənlər də çox azdır”. Bu bəyanatla Azərbaycan Həkimlər Assosiyasiyası çıxış edib. Bəyanatda deyilir ki, 18 ildir erməni əsirliyində olan vətəndaşlarımızın tibbi sosial durumlarına dünya içtimayətinin hüquqi və humanist təşkilatların diqqətini aşğıdaki faktlara cəlb edilməlidir. “1998-ci ildə ermənilər “SPİD-in çarəsi” kimi “Armenikum” adlı dərmanı ixtira etməklə bütün dünyanın mat-məətəl qoydular. Bununla da bütün dünyada vəlvələ effekti yaratdılar. Ermənistan rəsmən elan etdi ki, “Armenikum” Ermənistanın xüsusi xidmət organlarının rəhbərliyi altında kəşf olunub. Bu cəfəng erməni ixtirası hansı insanlar üzərində kliniki sınaqdan keçirilib? Ermənilər dünyanın hər yerindən xəstə insanları müxtəlif həvəsləndiriçı fəndlərlə Ermənistana gəlmələrinə nail oldular. Ölkədən kənarda miqrasiyaya uğrayan əhalimizin arasında İİV-ə yoluxma hallarının izah olunmaz templə artması bizi narahat edir.
Qeyd olunanlarla əlaqədar bütün beynəlxalq hüquq və humanitar təşkilatlardan tələb edirik ki “Armenikum” adlanan erməni avantürasının görünməyən və indiyədək bəşəriyyətə məlum olmayan aspektləri, xüsusi ilə də kliniki sınaqların Azərbaycan əsirlərinin üzərində aparılıb-aparılmaması araşdırılsın, əsirliyin tibbi-sosial nəticələri qiymətləndirilsin və onlar əsirlikdən azad olusun”.
Modern.az